Maraq dünyası
İstanbulun ayrılmaz sakinləri: onları bu cür ölümsüzləştirdilər - FOTO
İstanbulun simvolu sayılan pişiklər tarixin bir hissəsinə həkk olunub. 125 min sahibsiz pişiyin yaşadığı və “pişik şəhəri” kimi tanınan meqapolisdə filmləri çəkilən, heykəlləri qoyulan “dostların” indi 2 muzeyi var.
Publika.az xəbər verir ki, qədim mədəniyyətə, möhtəşəm tarixi əsərlərə və tikililərə malik olan İstanbulu yerli sakinlərlə yanaşı əcnəbi qonaqlar da “pişik şəhəri” adlandırır.
İstanbulda pişiklərin tarixi Anadolu və Qədim Misir sivilizasiyalarından başlayır. Hətta ilk pişiklərin məhz Türkiyədən yayıldığını göstərən araşdırmalar var. Qədim Misirdə zənginlik və müqəddəslik simvolu sayılan pişiklər kənd təsərrüfatı məhsullarının zədələnməməsi üçün Mesopotamiyada da siçanlarla mübarizə aparırdılar. Özünə güvənən dənizçilərin sayəsində onlar okeanları keçərək dünyaya yayılıblar. İstanbul onların paytaxtına çevrilib.

Osmanlı İmperiyasında da pişiklərə xüsusi ehtiram göstərilirdi. Mancaci ləqəbli insanlar onları qidalandırmaqdan məsul idi. Osmanlı İmperiyası heyvan hüquqlarının tənzimləndiyi ilk dövlət kimi də tanınır.
Bu gün İstanbul küçələrində təxminən 125 min pişiyin yaşadığı deyilir. Şəhərin simvolu sayılan və əsrlər boyu yol yoldaşı olan canlılar üçün hərəkətə keçən iki isim, iki mühüm muzeyi canlandıraraq insanların üzündə təbəssüm yaratmağı bacarıb. Turistlərin diqqətini çəkən və Türkiyənin dünyaya tanıdılmasında səfir kimi çıxış edən pişiklər üçün açılan iki muzeydən biri Beşiktaşda, digəri isə Qalatadadır. Bu muzeylərdən birincisi, rəssam Sunay Akının töhfələri ilə Türkiyənin ilk heyvan mövzulu muzeyidir. Beşiktaşdakı muzey nağılların, oyuncaqların, oyunların və cizgi roman tarixinin pişiklərini eyni dam altında bir araya gətirir.

İkinci muzey Beyoğluda, Qalata Sərdar-Əkrəm küçəsində yerləşir. Təbiətin qorunmasından bəhs edən muzey, Nuhun gəmisi bölməsini ehtiva edir və qalereyalarından birində "Pişik qapıçı" tərifinə əsaslanaraq futbol tarixindən seçilən nümunələr təqdim edilir. Xəyal dünyası pişiklərinin ilk dəfə toplandığı muzey bu zənginliyi ilə öz sahəsində qabaqcıl rol oynayır. Girişi pulsuz olan muzeyi saat 09:00-17:00 arasında ziyarət etmək mümkündür.
Cəmilə
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







































