Məşqçidən ŞOK HƏRƏKƏT - Taym-autda...
Bizi izləyin

Maraq dünyası

Məşqçidən ŞOK HƏRƏKƏT - Taym-autda...

Amerika futbolu üzrə məşqçi Denni Douds karyerasını qeyri-adi şəkildə bitirib.

Komanda.az xəbər verir ki, “İst Stroudsburq”u çalışdıran Denni “Oqaya Dominikan”la qarşılaşmanın başa çatmasına 4 saniyə qalmış 4-cü dəfə taym-aut götürüb. Əslində, 4-cü dəfə taym-aut götürmək qaydalara ziddir.

45 mövsümdür məşqçi kimi çalışan Douds, hakimə belə deyib: “Cənab, biz 4-cü dəfə taym-aut götürmək istəyirik. Bilirəm ki, bu, qaydalara ziddir. Siz buna görə bizi cəzalandıra bilərsiz. Ancaq mən təqaüdə çıxıram”.

Bu sözləri deyəndən sonra Doudus rəqib məşqçinin əlini sıxıb, tribunalar önündə şlyapasını çıxardıb və arenanı tərk edib. O bu addımını belə izah edib:

“Həyat yoldaşıma demişdim ki, stadionu tərk edəndə şlyapamı çıxardıb deyəcəm: “Mən səni sevirəm”. Şlyapamı çıxardıb stadionu tərk etdim, maşına mindim. Evə qədər isə bütün yolboyu gülmüşəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm