Maraq dünyası
Çin istehsalı olan vaza rekord qiymətə satıldı
Avstriyanın Zaltsburq şəhərində keçirilən Asiya incəsənəti üzrə xüsusi hərracda Çində istehsal olunmuş vaza rekord qiymətə satılıb.
Teleqraf.com xəbər verir ki, XVIII əsrə aid vazanın ilkin çağırış qiyməti 30 min avro olsa da, Çindən telefonla hərraca qoşulan naməlum kolleksiyaçı bu sənət əsəri üçün 7,3 milyon avro ödəyib.
Almaniyanın “Nagel-Auktionen” firmasının icraçı direktoru Filipp
von Hutten hərraca çıxarılan sənət əsəri ilə bağlı bildirib ki, bu
vazadan dünyada cəmi beş ədəd mövcuddur. Ekspert deyib ki,
mavi-qırmızı rəng kombinasiyasında olan bu mükəmməl sənət əsərini
ərsəyə gətirmək üçün azı 100-150 vaza istehsal prosesində sıradan
çıxırdı. Hazırlanma tarixçəsi yaxşı sənədləşdirilmiş vazanın
hazırlandıqdan az sonra Çin imperatoruna təqdim olunması və onun
tərəfindən bu sənət əsərinə yüksək dəyər verilməsi də məlumdur.
Ekspert bildirib ki, vaza üçün belə bir yüksək məbləğin ödənilməsi
bir çoxları üçün anlaşılmazdır. Lakin hazırda çinli kolleksiyaçılar
dünya hərraclarında 300-400 il əvvəl Çindən dünyanın müxtəlif
ölkələrinə aparılmış incəsənət əsərlərini alır, öz vətənlərinə geri
qaytarırlar. Asiya incəsənəti üzrə ixtisaslaşmış Zaltsburq hərracı
isə həm satıcı, həm də kolleksiyaçılar üçün mühüm məkandır.
Dekabrın 6-7-də keçirilən hərracda, ümumilikdə, 12 min obyekt hərraca çıxarılıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ