Obama ailəsi hər kəsi GERİDƏ QOYDU - FOTO
Bizi izləyin

Maraq dünyası

Obama ailəsi hər kəsi GERİDƏ QOYDU - FOTO

ABŞ-da ən çox heyranlıq duyulan məşhur qadınların və kişilərin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, “Gallup” araşdırma şirkətinin tərtib etdiyi sorğuya dünyanın fərqli bölgələrindən 1025 nəfər qatılıb.

Onların seçimi nəticəsində siyahının ilk pilləsində Amerikanın 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama qərarlaşıb.

İkinci sırada şoumen Oprah Uinfrey, üçüncüdə isə 17 ildir siyahıya başçılıq edən Hillari Klinton yer alıb.

Hazırkı prezident Donald Trampın həyat yoldaşı Melaniya Tramp isə 4-cü olub. İngiltərə kraliçası II Yelizaveta isə son ildəki statistikasını qoruyub və 5-ci yerdə dayanıb.

Kişilərin siyahısında birinci yerdə Barak Obama, ikincidə Donald Tramp, üçüncüdə isə oğul Corc Buş yer alıb. Buşu Papa Françesko və Bill Qeyts izləyib.

Qeyd edək ki, Barak Obama gələn il də siyahıya başçılıq etsə, rekord qırmış olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm