Mağazada təmir zamanı XVII əsrə aid rəsm əsəri tapıldı
Bizi izləyin

Maraq dünyası

Mağazada təmir zamanı XVII əsrə aid rəsm əsəri tapıldı

Parisdə "Oscar de la Renta" mağazasının əsaslı təmiri zamanı XVII əsrə aid rəsm əsəri tapılıb.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" xəbər verib.

Xəbərdə bildirilir ki, işçilər divarlardan birinin arxasında yağlı boya ilə çəkilmiş incəsənət əsərini aşkar ediblər. Onun ölçüsü 3-6 metr təşkil edir.

İncəsənət tarixçisi Stefan Pint müəyyənləşdirib ki, rəsmi 1644-cü ildə doğulmuş rəssam Arno de Vues çəkib.

Tapıntı ilə əlaqədar təmir işlərini payızın sonuna qədər təxirə salmaq lazım gəlib. Rəsmi maya qədər bərpa etməkplanlaşdırılır.

Daha əvvəl Hollandiyada da Vinsent Van Qoqun naməlum rəsm əsəri tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm