Bu Avropa ölkələrində 14 yaşda sekslə məşğul olmaq qanunidir - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Bu Avropa ölkələrində 14 yaşda sekslə məşğul olmaq qanunidir - FOTOLAR

Avropa ölkələrində ilk dəfə cinsi əlaqəyə girmək üçün həddi-buluğa çatmaq yaşı ən aşağı səviyyədə 14 olaraq qəbul edilir.

Publika.az xəbər verir ki, aparılan araşdırmalara görə, Avstriya, Bolqarıstan, Estoniya, Almaniya, Macarıstan, İtaliya, Portuqaliya və Belçikada gənclər ilk dəfə 14 yaşında cinsi əlaqəyə girir.

Fransa, Xorvatiya, Çexiya, Danimarka, Yunanıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçdə isə mövcud qanunlara görə, gənclər 15 yaşdan sonra cinsi əlaqəyə girə bilər.

Litva, Latviya, Hollandiya, İngiltərə, İspaniya, Finlandiya və Lüksemburq 16 yaş kateqoriyasında olan ölkələrdir.

Avropada cinsi əlaqəyə girmək üçün qəbul edilən yaş norması 17 olan sadəcə 3 ölkə var: Kipr, İrlandiya və Malta.

7 Avropa ölkəsi tərəflərdən birinin icazəsi olmadan cinsi əlaqəyə girməyi təcavüz kimi qəbul edir. Beynəlxalq Əfv Təşkilatının araşdırmasına görə, bu ölkələr Böyük Britaniya, Belçika, Cənubi Kipr Yunan Cümhuriyyəti, Lüksemburq, İslandiya, İrlandiya və Almaniyadır. İsveç də son qanun dəyişikliyinə əsasən, bu siyahıya daxil olub. İsveçdə bu qanunu pozanlar 6 il həbs cəzasına məhkum edilir. Təcavüzə məruz qalan şəxs 18 yaşdan kiçikdirsə, bu cəza 10 ilə qədər uzadıla bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm