Maraq dünyası
Amerika əhalisinin sərvəti məlum oldu - FANTASTİK RƏQƏM

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 2 faiz artaraq 148,8 trilyon dollara çatıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Ehtiyat Sistemi (FED) yanvar-mart dövrü üçün "ABŞ-ın Maliyyə Hesabları" hesabatında bildirir.
Qeyd edək ki, ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 2% artan ev təsərrüfatlarının sərvəti, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır.
Belə ki, ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə - 152,6 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 147,2 trilyon dollara, üçüncü rübdə isə 144,2 trilyon dollara qədər azalıb.
Bu ilin birinci rübündə ölkədəki səhmlərin dəyəri 2,4 trilyon dollar artıb, daşınmaz əmlakın dəyəri isə 600 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcunun artımı bu ilin birinci rübündə 3,3 faizdən 2,2 faizə enib.
Sözügedən dövrdə istehlak kreditləri 4,3 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,5 faiz artıb.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının əhalisinin sayı 338 milyon nəfərdir. Ölkədəki ev təsərrüfatlarının sayı isə 131 milyona çatır.
Nəticədə hər bir orta statistika amerikalının sərvəti orta hesabla 441 min dollar, hər bir amerikan ailəsinin sərvəti isə orta hesabla 1,14 milyon dollar təşkil edir.

-
Nida Xəbər 09:30
Qənirə Paşayevanın son durumu açıqlandı
-
Nida Xəbər 09:12
Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto
-
ABŞ08:00
Trampın “ölüm cəzası” bəyanatlarına CAVAB
-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR
-
Nida Xəbər 07:00
Şəhid anası Şuşadan oğlunun məzarına görün nə gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya05:45
Özbəkistanda dəhşətli partlayış - YENİLƏNDİ/ VİDEO