Dünyanın ən zəngin milyarderləri sərvətlərini bu yolla qazanıblar - FOTO
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən zəngin milyarderləri sərvətlərini bu yolla qazanıblar - FOTO

Bu gün ən varlı insanların sərvəti əsasən texnologiya, maliyyə və pərakəndə satışda cəmləşib. Onlarla daha az imtiyazlı təbəqələr arasında artan sərvət fərqi həmişə insanlara maraqlı olub. Odur ki, onların əsl sahibkarlıq qabiliyyətlərini və qlobal iqtisadiyyata təsirini araşdırmağa qərar verdik.

Publika.az oxucuları dünyanın ən görkəmli milyarderlərinin nailiyyətləri və onların kapitalının real dəyəri ilə tanış edib.

1. Bernard Arno və ailəsi

Yaş: 74

Ölkə: Fransa

Xalis sərvəti: 233 milyard dollar

Sərvətinin mənbəyi: “LVMH”

“Forbes”ə görə, planetin ən varlı adamı, lüks mallar istehsal edən və 70-ə yaxın məşhur geyim və kosmetika brendini birləşdirən LVMH (Moët Hennessy — Louis Vuitton) şirkətinin sahibi Bernard Arnodur. 2021-ci ilin yanvar ayında “LVMH” zərgərlik şirkəti “Tiffany & Co” nu rekord qiymətə - 15,8 milyard dollara aldı.

Arno lüks mallar bazarına 1984-cü ildə maliyyə cəhətdən çətin vəziyyətdə olan “Boussac Saint-Frères” tekstil və pərakəndə konqlomeratın strateji alınması yolu ilə daxil olub. Bura nüfuzlu moda evi “Christian Dior” da daxil idi. Maraqlıdır ki, ötən ilin yanvarında Bernard qızı Delfini “Dior”un rəhbəri təyin edib.

2. İlon Musk

Yaş: 52

Ölkə: ABŞ

Xalis sərvəti: 195 milyard dollar

Sərvətinin mənbəyi: “SpaceX”, “Tesla”, “OpenAl” və “Twitter” (X)

“SpaceX”in qurucusu və sədri, “Tesla”, “Inc”in baş direktoru və tərtibatçısı, “OpenAl”ın həmtəsisçisi və “Twitter”in (X) sahibi - deyəsən, Mask sahibkarlıq fəaliyyətini yalınız bir istiqamətdə davam etdirməyi düşünmür. Üstəlik, Cənubi Afrikalı zəngin bir ailənin üzvü birbaşa ailə biznesindən başlayıb. Pensilvaniya Universitetində iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldıqdan sonra Stenford Universitetinə daxil olsa da, qardaşı Kimbal ilə onlayn şəhər bələdçisi tapmaq fürsətini əldən vermək istəmədiyi üçün orada üç gün belə oxumadı.

Mask 2021-ci ilin sentyabrında, “Tesla”nın bazarda dəyəri əhəmiyyətli dərəcədə artdıqdan sonra dünyanın 10 ən zəngin adamı siyahısına daxil oldu. 2021-ci ilin noyabrında zirvədə olan investorun sərvəti 320 milyard dollara çatdı.

3. Ceff Bezos

Yaş: 60

Ölkə: ABŞ

Xalis sərvəti: 194 milyard dollar

Sərvətinin mənbəyi: “Amazon”

2021-ci ilin iyul ayında Ceff Bezos ən böyük elektron ticarət şirkəti “Amazon”un baş direktoru vəzifəsindən istefa verdi və idarə heyətinin sədri vəzifəsini saxladı. Elə həmin ay o, qurduğu və milyardlarla dollarla maliyyələşdirdiyi “Blue Origin” özəl kosmik tədqiqat şirkətinin hazırladığı raket ilə kosmosa uçdu.

1986-cı ildə Bezos Prinston Universitetini elektrik mühəndisliyi və kompüter elmləri üzrə bakalavr dərəcəsi ilə bitirib. 1994-cü ilin ortalarında “Amazon”u qurana qədər, o, səkkiz il “Wall Street”də işləyib, oxşar vəzifələrdə çalışıb. Şirkət əvvəlcə onlayn kitab mağazası kimi yaradılsa da, bu günədək məhsul çeşidlərini və xidmətlərini genişləndirməyə davam edir.

4. Mark Zukerberq

Yaş: 39

Ölkə: ABŞ

Xalis sərvəti: 177 milyard dollar

Sərtvətinin mənbəyi: “Facebook”

19 yaşlı “Meta Platforms”un həmtəsisçisi və baş direktoru kimi Mark hələ 2004-cü ildə özünün qabaqcıl media platforması olan “Facebook”u istifadəyə verib. Təbii ki, onun biznesə sürətlə uyğunlaşmasının səbəbi Harvard Universitetində kompüter elmləri və psixologiyanı dərindən öyrənməsi, eyni zamanda orta məktəbdə proqram yaza bilmək bacarıqları idi. Orta məktəbdə gələcək sahibkar evdəki kompüterlə atasının stomatoloji kabinetindəki kompüteri arasında əlaqə yaratmağa imkan verən bir proqram yaratdı.

Zukerberq və həyat yoldaşı kapitallarının əhəmiyyətli bir hissəsini elm və texnologiyanın inkişafına, daşınmaz əmkarlara, tibbi fondlara və ianələrə xərcləyir. Cütlük Yer üzündəki bütün xəstəliklərə son qoymaq və ya ən azı 2100-cü ilə qədər onları idarə etməyi öyrənmək arzusundadırlar.

5. Larri Ellison

Yaş: 79

Ölkə: ABŞ

Xalis sərvəti: 141 milyard dollar

Sərvətinin mənbəyi: “Oracle”

Ellison 1997-ci ildə “Oracle” proqram təminatı şirkətinin həmtəsisçisi olub və 2014-cü ilə qədər baş direktor vəzifəsində çalışıb. Hazırda şirkətin sədri və baş texnologiya direktorudur. 2012-ci ildə Larri Havay adasındakı Lanai adasını 300 milyon dollara almaqla gündəmə gəldi. Maraqlıdır ki, bu milyarder həm də “Tesla” ilə sıx bağlıdır: o, hazırda şirkətdə əhəmiyyətli hissələrə malikdir, hətta 2018-ci ildən 2022-ci ilə qədər direktorlar şurasında işləyib.

Ellisonun biznesə başlamazdan əvvəl, Çikaqodakı liseydə oxuyub, daha sonra İllinoys Universitetində “İlin Elm” Tələbəsi adına layiq görülüb. Larrinin tərcümeyi-halına həmçinin fizika, riyaziyyat və kompüter dizaynı üzrə təhsil almaq üçün daxil olduğu Çikaqo Universiteti də daxildir, lakin o, proqramlaşdırma karyerasına yalnız Berkliyə köçdükdən sonra başlayıb.

6. Uorren Baffett

Yaş: 93

Ölkə: ABŞ

Xalis sərvəti: 133 milyard dollar

Sərvətinin mənbəyi: “Berkshire Hathaway”

"Orakul Omaxi" kimi tanınan Uorren Baffett tarixin ən böyük investorlarından biridir. Onun həmçinin “Geico” sığorta şirkəti, “Duracell” batareya istehsalçısı və “Dairy Queen” restoran şəbəkəsi kimi müxtəlif şirkətləri əhatə edən investisiya konqlomeratı olan “Berkshire Hathaway”in rəhbəri olduğu güman edilir. 2010-cu ildə Baffett, Bill Qeyts və Melinda Qeyts milyarderləri sərvətlərinin ən azı 50 faizini xeyriyyə təşkilatlarına bağışlamağa təşviq edən xeyriyyə kampaniyası olan “Giving Pledge”i təsis etdilər.

Milyarder Kolumbiya Biznes Məktəbini bitirib və burada o, ilk dəfə Benjamin Qrem tərəfindən təklif olunan bir konsepsiya ətrafında investisiya fəlsəfəsini formalaşdırıb. Daha sonra o, iqtisadi biliklərini artırmaq üçün Nyu-York Maliyyə İnstitutuna daxil olub və tezliklə Qrem də daxil olmaqla, investisiya tərəfdaşlıqlarına qoşulmağa başlayıb.

7. Bill Qeyts

Yaş: 68

Ölkə: ABŞ

Xalis sərvəti: 128 milyard dollar

Sərvətinin mənbəyi: “Microsoft”

1987-ci ildə “Forbes” ilk dəfə Qeytsi milyarder kimi tanıdı və 1995-2017-ci illərdə o, 2008-ci ildə və 2010-2013-cü illərdə kiçik istisnalarla dünyanın ən zəngin adamı adını qoruyub saxladı. 1975-ci ildə Bill Qeyts Pol Allen ilə Albukerkedə “Microsoft” u qurdu. 2000-ci ilin yanvarında Qeyts CEO vəzifəsini tərk edənə və onun yerinə Stiv Ballmer gələnə qədər şirkətə sədr və baş direktor kimi rəhbərlik etdi, lakin Bill sədr olaraq qaldı və baş proqram təminatı memarı oldu.

2008-ci ildə “Microsoft”dan ayrıldıqdan sonra Qeyts başqa biznes və xeyriyyəçilik işləri ilə məşğul olmağa başladı. Xüsusilə, o, “BEN”, “Cascade Investment”, “TerraPower”, “bgC3” və “Breakthrough Energy” kimi, bir neçə şirkətin təsisçisi və sədri oldu. Qəribə səslənsə də, gələcək milyarder ilk proqramını 13 yaşında yazıb.

8. Stiv Balmer

Yaş: 67

Ölkə: ABŞ

Xalis sərvəti: 121 milyard dollar

Sərvətinin mənbəyi: “Microsoft”

Stiv Balmer həm Bill Qeytsin Harvard Universitetində qrup yoldaşı, həm də 2000-2014-cü illərdə “Microsoft”un baş direktoru olub. Onun “Microsoft”a səyahəti 1980-ci ildə, Stiv Stenford Universitetində MBA proqramını tərk etdikdən sonra başlayıb. Nəhayət, 1998-ci ildə şirkətin prezidenti olub, 13 yanvar 2000-ci ildə baş direktor vəzifəsinə keçib.

Kollec məzunu olan Ballmer Harvard Universitetində oxuyub, burada o, “The Harvard Crimson” qəzetində çalışırdı. O, ikinci kurs tələbəsi Bill Qeytslə qonşuluqda yaşayırdı. Uilyam Patnem Riyaziyyat Müsabiqəsində Stiv son dərəcə yüksək bal toplayaraq (Bill Qeytsdən də yüksək) tətbiqi riyaziyyat və iqtisadiyyat üzrə bakalavr dərəcəsini əla qiymətlərlə bitirib.

9. Mukeş Ambani

Yaş: 66

Ölkə: Hindistan

Xalis sərvəti: 116 milyard dollar

Sərvətinin mənbəyi: “Reliance Industries”

Bu gün Ambani Hindistan və Asiyanın ən zəngin adamıdır. O, Hindistanda neft-kimya, telekommunikasiya, neft-qaz və pərakəndə satış sahələrində aparıcı mövqelərə malik olan “Reliance Industries”in sədridir. “Reliance Industries” dünyanın ən böyük neft-kimya zavodunu idarə edir, “Jio” isə Hindistanın ən böyük telekommunikasiya şirkətidir.

Ambani gələcək iş adamı Anand Ceyn ilə “Hill Grange” liseyində birlikdə oxuyub. Mukeş Müqəddəs Xavier Kollecində bilik əldə etdikdən sonra Kimya Texnologiyaları İnstitutundan kimya mühəndisliyi üzrə BE dərəcəsi alıb. Təəssüf ki, Ambaninin Stanford Universitetində MBA dərəcəsi almaq arzusu həyata keçməyib: o, atasının dəvəti ilə ölkəsinə qayıdaraq iş həyatıma atılmağa məcbur olur.

10. Larri Peyc

Yaş: 50

Ölkə: ABŞ

Xalis sərvəti: 114 milyard dollar

Sərvətinin mənbəyi: “Google”

Peyc və Stenford aspirantı Sergey Brin 1998-ci ildə “Google”un həmtəsisçisi olublar. O, hazırda "Google"un ana şirkəti olan "Alphabet"in idarə heyətində oturur və əsas səhmdar kimi, şirkətin əhəmiyyətli nəzarətini öz üzərində saxlayır.

1995-ci ildə Larri Miçiqan Universitetini kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi ilə, 1998-ci ildə isə Stenford Universitetini fərqlənmə diplomu ilə bitirib. Miçiqan Universitetində oxuyarkən Peyc inkjet kartriclərdən istifadə etməklə böyük afişaların ucuz şəkildə çap oluna biləcəyini düşünərək "Lego" kərpiclərindən inkjet printer yaradıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm