Maraq dünyası
Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
Texnologiya və biotibbi sahədə çalışan ekspertlərin fikrincə, bəşəriyyət gen mühəndisliyi, robot texnologiyaları və süni intellekt sahəsindəki irəliləyişlər sayəsində uzunömürlülükdə yeni bir mərhələyə qədəm qoymaq üzrədir. Dünyanın aparıcı futuristləri və tədqiqatçıları artıq bunun baş verəcəyi tarixlərə dair proqnozlar veriblər.
Publika.az xəbər verir ki, proqnoz verənlər arasında Böyük Britaniyadan futurist doktor Yan Pirson, Quql şirkətinin keçmiş mühəndisi Rey Kurtsveyl və biotibbi mütəxəssis Obri de Qrey də yer alır. Onların hər biri minillik həyat yolunu fərqli görsə də, hamısı bu gələcəyin uzaqda olmadığını düşünür.
Pirson əmindir ki, 2050-ci ilə qədər ən zəngin insanlar gen mühəndisliyi, robototexnika və şüurun rəqəmsal köçürülməsi sayəsində 1000 il yaşamaq imkanına sahib olacaqlar. Onun fikrincə, insan şüurunu ya android bədəninə, ya da virtual reallığa köçürmək mümkün olacaq. Əvvəlcə bu texnologiyalar yalnız elita üçün əlçatan olacaq, lakin 2060-cı illərdə orta təbəqə də onlardan istifadə edə biləcək.
O əlavə edib ki, gələcəyin tibbi, hüceyrə səviyyəsində qocalmanı dayandırmağa və hətta onu geri çevirməyə, həmçinin xərçəng və ürək-damar xəstəlikləri kimi patologiyaları hələ yaranmadan əvvəl müalicə etməyə imkan verəcək.
Texnologiyalar sahəsində verdiyi dəqiq proqnozlarla tanınan Rey Kurtsveyl isə hesab edir ki, 2029-cu ilə qədər süni intellekt insan beyni ilə eyni səviyyəyə çatacaq. Bu, onun "singulyarlıq" adlandırdığı dövrün başlanğıcı olacaq. 2045-ci ilə qədər isə insanla maşın tam şəkildə birləşəcək və bu, ölümsüzlüyə yol açacaq.
Kurtsveylin fikrincə, süni intellekt qida və yaşayış kimi əsas ehtiyacları xeyli ucuzlaşdıracaq, İlon Maskın "Neuralink" layihəsi kimi beyin-kompüter interfeysləri vasitəsilə şüur məlumat buluduna qoşula biləcək. Bu da insan intellektinin milyonlarla dəfə artmasına və şəxsi şüurun köçürülərək yeni bədənlərə yerləşdirilməsinə səbəb olacaq.
Gerontologiya sahəsində mütəxəssis olan Obri de Qrey isə XXI əsrin tibb elminin qocalmanı geri çevrilə bilən prosesə çevirəcəyini iddia edir. O, 2050-ci ilə qədər qocalığın adi bir xəstəlik kimi qəbul ediləcəyini və müalicə edilə biləcəyini düşünür.
(Bakupost.az)
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var




















.jpg)
















.jpg)


