Maraq dünyası
86 yaşlı qadının 100-cü... - Körpə oğlandır - FOTO
Almaniyada 86 yaşlı Nina Dyuk 100-cü nəticəsinin dünyaya gəlişini açıqlayıb.
Publika.az xəbər verir ki, "Bild" qəzeti qadının ailəsinin ən kiçik üzvü ilə çəkdirdiyi fotoşəkili dərc edib.
Bildiriıir ki, körpə Gera şəhərindəki klinikada anadan olub. Oğlan uşağı olan körpəni Ninanın 31 yaşlı nəvəsi dünyaya gətirib. Ana Türingiya bölgəsində yaşayır.
Səkkiz uşaq, əlli üç nəvə və yüzlərlə nəticə sahibi olan qadın bir neçə həftə əvvəl Almaniyaya köçüb. Qadın ömrünün çox hissəsini Qazaxıstanda keçirib. Nina deyir ki, o, artıq tək yaşaya bilmir. Bu səbəbdən də ailəsinin tarixi vətəni olan Brandenburqa qayıdan qızlarının yanında yaşayır.
Nina özü Sibirdə anadan olub. Ailəsi daha sonra Ukraynaya, oradan isə 1958-ci ildə Qazaxıstana köçüb və ömrünün çox hissəsini burada keçirib.
Adəm

-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)

















