Maraq dünyası
Türkiyədən Rusiyaya qaçan pişiyə "vətəndaşlıq" verildi: Sahib olmaq istəyənlər bu şərtlərlə ÜZ-ÜZƏ
Türkiyədən Novorossiyskə qaçan Burak adlı pişik ailəsini tapıb.
Publika.az xəbər verir ki, heyvan haqları müdafiəçiləri Rusiya gəmisi ilə İstanbuldan gizli şəkildə Novorossiyskə gedən Burakı nəzarətə götürüblər. Dənizçilər tərəfindən xilas edilən "qeyri-qanuni əcnəbi" vətəninə deportasiya edilməyəcək. O, Rusiyada yeni ailəyə veriləcək. Bu barədə gəminin sahibi olan nəqliyyat şirkətinin nümayəndələri məlumat veriblər.
Qeyd edək ki, pişik Rusiyaya martın əvvəlində gedib. "Səyyah pişiyin" taleyindən təsirlənən dənizçilər ona Burak ləqəbi qoyublar. Ancaq onun sonrakı taleyi sual altında qalıb - o, Türkiyəyə qaytarıla bilərdi.
Lakin sonradan pişik bütün lazımi prosedurlardan keçib və Rusiyada qalmaq üçün icazə alıb. Heyvan könüllüləri onun üçün yeni sahiblər tapacaqlar. Çərşənbə axşamı Burak Novorossiysk limanında heyvan hüquqları müdafiəçilərinə təhvil veriləcək. Onlar heyvanın müvəqqəti qayğısına qalacaq və onun tam tibbi müayinədən keçməsinə kömək edəcəklər. Sonra pişik üçün yeni ev tapacaqlar.
Xatırladaq ki, Burakın gələcək sahibləri xüsusi tələblərə əməl etməlidir: onlar pişiyi yüksək keyfiyyətli yaşayış şəraiti ilə təmin etməyə hazır olmalı və onun taleyinə ictimai marağın bir müddət daha da artacağını başa düşməlidirlər.
Adəm
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)

















