Maraq dünyası
Bir nəfər tarladan almaz tapdı, minlərlə ailə sahələrə axın etdi
Hindistanın Andxra Pradeş ştatında bir fermer şiddətli yağışlardan sonra özünə məxsus sahədən almaz tapıb.
Publika.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Adı açıqlanmayan şəxs Karnul rayonunda tarlada işləyərkən yerdə almaz görüb. Son zamanlar yağan leysan yağışlar torpağı o qədər yuyub aparıb ki, əvvəllər torpağın altında qalmış ləl-cəvahiratlar üzə çıxıb. O, almazı yerli tacirə dəyər-dəyməzinə satıb. Fermer bundan 150 min rupi (təxminən 3 min 824 AZN) qazanıb.
Şanslı fermerin hekayəsi qiymətli daşlar üçün "kütləvi ova" səbəb olub. Yaxınlıqdakı kəndlərin sakinləri varlanmaq ümidi ilə Karnula gəlməyə başlayıblar. Onların bir çoxu bütün ailələri ilə birlikdə almaz axtarmaq üçün yola çıxıb, özləri ilə yemək götürüblər və tarlalarda uzun saatlar keçiriblər. "Axtarışa hətta uşaqlar da qoşulur", - mənzərənin şahidlərindən biri deyib.
Sakinlərin ümidlərinə baxmayaraq, ekspertlər qeyd edirlər ki, Karnulda belə tapıntılar çox nadir hallarda olur, ona görə də kiminsə bəxtinin gətirməsi mümkün deyil.
Adəm
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)

















