Maraq dünyası
Yemək deyəndə gözləri parıldayır - ƏN QARINQULU 4 BÜRC
Dadlı yemək əksər insanlar üçün sadəcə zövq deyil, həm də gündəlik həyatın ayrılmaz bir hissəsidir. Amma elə insanlar var ki, onlar üçün yemək adətən sadə bir ehtiyac deyil, sanki bir ehtirasa çevrilib. Astroloqlar hesab edir ki, bürclərin təsiri ilə bəzi şəxslər yeməyə daha çox bağlanır, onu emosional rahatlıq mənbəyi kimi qəbul edirlər.
Publika.az yeməyə qarşı xüsusilə həssas olan və “qarınqulu” adlandırıla biləcək 4 bürcü təqdim edir:
Qoç – ləzzət axtaran sərgüzəştçilər
Qoçlar yeməkdən zövq almağı bacaran və daim yeni dadların axtarışında olan bürclərdəndir. Onlar üçün adi yeməklər maraqsızdır, fərqli və qeyri-ənənəvi mətbəx nümunələrini sınamaqdan zövq alırlar. Şirniyyata xüsusi maraqları var. Qoçlar tez-tez yeni desertlər sınaqdan keçirir və yemək prosesini əyləncə kimi qəbul edirlər.
Balıqlar – ruhunu yeməklə sakitləşdirənlər
Balıqlar üçün yemək həm emosional tarazlıq, həm də dinclik deməkdir. Onlar əhval-ruhiyyələrindən asılı olaraq yeyirlər – bəzən sevinəndə, bəzən də kədərlənəndə yeməyə üz tuturlar. Tez-tez axşam saatlarında salat və ya kartof qızartması ilə televizor qarşısında dincəlmək onlara xüsusi rahatlıq verir. Balıqlar yeməkdə seçici deyillər, əsas odur ki, ləzzətli olsun.
Xərçəng – hər yeməyə duyğu yükləyənlər
Xərçənglər yeməyi sadəcə qida deyil, həm də sevgi, qayğı və nostalji ilə bağlayırlar. Onlar üçün bişirilən hər yemək sanki kiçik bir bayramdır. Yemək bişirməyi də sevirlər, lakin ilk növbədə özləri üçün hazırlayırlar. Ailəsinə və yaxınlarına da yemək bişirməklə sevgilərini ifadə edirlər. Tez-tez qəlyanaltılar yeməyə meylli olduqları üçün artıq çəki problemi ilə üzləşə bilərlər.
Buğa – dad həzzinin həqiqi dəyərini bilənlər
Buğa bürcü yeməyi həm fiziki rahatlıq, həm də zövq mənbəyi kimi qəbul edir. Onlar az-az, amma tez-tez yeməyə üstünlük verirlər. Oturaq həyat tərzi və yeməyə olan maraq səbəbilə Buğalar da artıq çəkidən əziyyət çəkə bilərlər. Boş vaxtlarını çox vaxt televizor qarşısında keçirirlər və bu zaman ləzzətli qəlyanaltılar onlara yoldaşlıq edir. Onlar yeməyi sənət kimi qiymətləndirir və hər tikmədən zövq almağı bacarırlar.
Bu bürclər üçün yemək sadəcə aclığın aradan qaldırılması deyil – həyatın ləzzətli bir tərəfidir. Onların zövqünə və mətbəxə olan sevgisinə biganə qalmaq çətindir.(Yenisabah.az)
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO


















.jpg)

.jpg)
















.jpg)


