Maraq dünyası
Alimlər şokda: Heç kim belə bir şey gözləmirdi - 9, 22 iyul və 5 avqustda nə olacaq?
Alimlər Yerin fırlanma sürətinin gözlənilmədən artdığını və tarixdə ən qısa günün cəmi bir neçə həftə ərzində baş verə biləcəyini açıqlayıblar.
Publika.az xəbər verir ki, London Universitetinin astrofiziki Qrem Consun sözlərinə görə, bu yay üç ayrı tarixdə Yerin fırlanması normaldan daha sürətli olacaq: 9 iyul, 22 iyul və 5 avqust. Bu tarixlərdə vaxt müvafiq olaraq 1,30, 1,38 və 1,51 millisaniyə qısala bilər.
Bu fərq millisaniyələrlə ölçülsə də, ekspertlər bunun peyk sistemlərindən tutmuş GPS dəqiqliyinə və hətta vaxtın ölçülməsinə qədər bir çox sistemlərə təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Rusiyada Moskva Dövlət Universitetinin alimi Leonid Zotov elm aləmindəki heyrəti "Heç kim belə bir şey gözləmirdi. Bu sürətlənmənin səbəbi hələ açıqlanmayıb" kimi xarakterizə edib. Normalda Yer bir tam fırlanmasını 24 saata, yəni düz 86.400 saniyəyə tamamlayır. Lakin bu müddət təbii fəlakətlər, okean axınları və atmosfer aktivliyi kimi müxtəlif amillərə görə millisaniyələrlə dəyişə bilər.
Yerin fırlanma sürətindəki bu dəyişiklikləri atom saatları ilə dəqiq ölçən elm adamları, Yerin 2020-ci ildən bəri hər zamankındən daha sürətli fırlandığını müəyyən ediblər.
Alimlər hələ də Yerin niyə sürətləndiyini tam izah edə bilmirlər. Ayın orbiti, Yerin nüvəsi, okean axınları və külək sistemləri də daxil olmaqla bir çox amillər nəzərə alınıb. Ancaq atmosfer və okeanların mövcud modelləri bu sürətlənməni izah edə bilmir.
Tural
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO













.jpg)





.jpg)















.jpg)


