Maraq dünyası
Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir
Astronomlar öz ulduzunun ətrafında “ölüm arzusu” ilə yaxından və sürətlə fırlanan planetin ilk dəlillərini aşkar ediblər.
Publika.az xəbər verir ki, alimlərin iddiasına görə, ulduz partlayışları planeti məhv edəcək.
“HIP 67522 b” adlanan bu planet Yupiterin ölçüsünə yaxındır, lakin daha nazikdir və öz ulduzu “HIP 67522” ətrafında yeddi günlük sıx orbitə malikdir.
Lakin bu sıx orbitlər ulduzun maqnit sahəsini pozaraq, böyük ulduz partlayışlarının yenidən planetə atılmasına və onun kiçilməsinə səbəb olur. Alimlərin iyulun 2-də “Nature” jurnalında dərc olunan araşdırmasına görə, ilk dəfədir ki, planetin öz ulduzuna təsir etməsi müşahidə edilir.
Tədqiqatın aparıcı müəllifi, Niderland Radio Astronomiya İnstitutunun (ASTRON) astrofiziki Yekaterina İlin "Planet xüsusilə enerjili alovları işə salır" deyib.
"Ulduzun maqnit sahəsi xətləri boyunca göndərdiyi dalğalar müəyyən anlarda alışmalara səbəb olur. Amma bu alovların enerjisi dalğaların enerjisindən qat-qat böyükdür. Bizcə, dalğalar baş verəcək partlayışları tətikləyir", - alim bildirib.
Bu məşəllər planetin nazik atmosferini qat-qat yox edir. “HIP 67522 b” hal-hazırda təxminən Yupiter ölçüsündə olsa da, tədqiqatçılar onun 100 milyon il ərzində Neptunun ölçüsünə qədər kiçiləcəyini proqnozlaşdırırlar.
"Bir milyon sualım var, çünki bu, tamamilə yeni bir fenomendir və detallar hələ də aydın deyil", - İlin bildirib.
Tural
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
İdman20:05Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı - YENİLƏNİR
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı

























.jpg)











