Maraq dünyası
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
NASA bəşər tarixində potensial gəlir gətirən missiyalardan birinə başlayır. 2023-cü ildə Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılan kosmik raket dəyəri təxminən 10 katrilyon dollar dəyərində qiymətləndirilən "16 Psyche" adlı asteroidə doğru yola çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda saniyədə təxminən 37 kilometr sürətlə hərəkət edən raket 2029-cu ilin avqustunda hədəfə çatmağı planlaşdırır.
Bildirilir ki, ilk dəfə 172 il əvvəl italyan astronomu Annibale de Qasparis tərəfindən kəşf edilən asteroid adındakı 16 rəqəmini Günəş Sistemində kəşf edilən 16-cı göy cismindən götürür. Digər tərəfdən, adındakı digər söz Qədim Yunan mifologiyasındakı "ruhun ilahəsi" olan "Psyche"dən gəlir.
Son illərdə aparılan radar və istilik analizləri göstərib ki, "16 Psyche" sıradan bir qaya parçası deyil, tərkibində dəmir, nikel, mis, qızıl , platin və palladium kimi yüksək qiymətli metallar var. Los Alamos Milli Laboratoriyasının alimi Vendy Koldull bildirib ki, asteroid xüsusilə nikel və mislə zəngindir. Bu maddələr Yerdəki avtomobil və elektronika sənayesi üçün həyati əhəmiyyət kəsb edir.
Bununla belə, ən diqqətçəkən kəşflərdən biri 2017-ci ildə asteroidin səthində su izlərinin tapılması olub. NASA mütəxəssislərinin fikrincə, bu, asteroidin səthində su ilə birləşmiş metal qruplarının ola biləcəyini və buna görə də “pas” izlərinin yarana biləcəyini göstərir.
NASA "Psyche" missiyasını təkcə iqtisadi dəyərlə məhdudlaşdırmır. Alimlər asteroidi planetlərin əsas quruluşunu anlamaq üçün unikal fürsət kimi görürlər. "16 Psyche"nin bir vaxtlar protoplanetin nüvəsi olduğu düşünüldüyü üçün onun strukturunu öyrənmək Yer kimi qayalı planetlərin necə əmələ gəldiyinə dair unikal fikirlər verə bilər.
Qeyd edək ki, bir çox özəl şirkətlər artıq asteroidlərin çıxarılması ideyasına sərmayə qoymağa başlayıblar. Bununla belə, ekspertlərin fikrincə, bu sahədə irəliləyiş əldə etmək üçün əhəmiyyətli maliyyə və texnologiya sərmayəsinə ehtiyac var.
Adəm
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər












.jpg)


























