Maraq dünyası
Ən qısqanc 3 bürc: Bu bürclə sevgili olarkən iki dəfə düşünün
Bürclər insan xarakterindəki bir çox detalı aydınlatmağa kömək edir. Xüsusilə sevgi münasibətlərində bürclərin təsiri danılmazdır. Bəzi bürclər var ki, onlar üçün sevgi ilə qısqanclıq eyni mənanı verir.
Publika.az zodiakın “qısqanclıq kralları” sayılan bürcləri təqdim edir.
Onların sevgidə necə davrandığını bilmək bəlkə də gələcək münasibətlərinizi xilas edə bilər.
Əqrəb
Əqrəb bürcü dedikdə ilk ağla gələn xüsusiyyətlərdən biri məhz qısqanclıqdır. Bu insanlar sevdikləri zaman tam şəkildə bağlanırlar. Amma bu bağlılıq bəzən boğucu dərəcəyə çata bilər. Əqrəblər partnyorunun kimlə danışdığını, niyə gec cavab verdiyini, nəyə güldüyünü belə sorğu-suala çəkə bilər. Onlar üçün sevgi sahiblənmək deməkdir. Əgər onları aldatmağa çalışsanız, intiqam hissi ilə alışıb-yana bilərlər. Əqrəbin qısqanclığı sakit və səssiz görünə bilər, amma içində vulkan qaynadığını unutmayın.
Şir
Zərif, cazibədar və lider ruhlu Şirlər sevdikləri insandan maksimum diqqət gözləyirlər. Əgər sevgiliniz bir Şirdirsə, ona laqeyd yanaşmaq böyük faciəyə səbəb ola bilər. Başqasına kompliment etməyiniz, kiminləsə daha çox vaxt keçirməyiniz Şirin qısqanclıq atəşini alovlandırar. Və bu qısqanclıq, özünü tənqid və dartışma şəklində göstərər. Onlar rəqabəti sevmirlər – sevgidə birinci və tək olmaq istəyirlər. Qısqanclıqları isə bəzən özünəinam problemləri ilə əl-ələ verir.
Buğa
Buğa bürcü səssiz və sabit görünə bilər, amma iç dünyasında fırtınalar qopur. Onlar üçün münasibətdə sabitlik və güvən çox önəmlidir. Əgər münasibətdə özlərini təhlükədə hiss etsələr, dərhal qısqanclıq rejiminə keçirlər. Amma bunu açıq şəkildə deməzlər – incimə, küsüb-durmaq və soyuqluqla cavab verərlər. Buğalar həm də fiziki təmas və diqqəti çox sevirlər. Onlara bu diqqəti vermədiyiniz zaman qısqanclıqları artar və münasibət getdikcə soyuyar.
Əgər sevdiyiniz insan Əqrəb, Şir və ya Buğadandırsa, bu bürclərin qısqanclığını idarə etməyi bacarmalısınız. Əks halda, sevgi gözəl bir macəra olmaqdan çıxıb, nəzarət və mübahisələrlə dolu yorucu bir münasibətə çevrilə bilər. Unutmayın: hər bürcün bir “tutqun tərəfi” var, amma onu anlayaraq sevgi daha da güclənə bilər.(Yenisabah.az)
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi




































