İnanc
Heydər Məscidində Aşura Günü - FOTOLAR
Bu gün Aşuradır. İslam dünyasının önəmli günlərindəndir. Məhəmməd Peyğəmbərin (S.A.S) ailə üzvlərinin, nəvəsi Həzrəti Hüseynin 72 fədaisi ilə birgə şəhadətə qovuşduğu tarixdir. Hər il olduğu kimi bu il də Azərbaycanda Aşura günü izdihamla qeyd olunub.
Publika.az-ın əməkdaşları Aşura mərasimini izləmək üçün Heydər məscidinə baş çəkiblər. Pandemiya şəraitində Aşura mərasiminin necə keçirildiyini izləyiblər.
***
Əvvəla onu qeyd edək ki, Heydər Məscidinin içərisində və çölündə izdiham yaşanıb. Girişdə isə polislər dayanıb. Onlar məscidin içərisinə keçmək istəyən inanclı insanların vaksin pasportu olub-olmadığını yoxlayıblar.
İnsanların sağlamlığının qeydinə qalan polislər vaksin pasportu olan inanclı insanları içəri buraxıblar. Vaksin pasportu olmayanlar da geri qaytarılmayıb.
Onlar bayırda - məscidin həyətində ibadətlərini ediblər. Aşura ayinlərini gerçəkləşdiriblər. Məscidin içərisinə geçə bilənlər isə tibbi maska ilə daxil olublar. Hətta içəridə gigiyena qaydalarına əməl etmək üçün tibbi spirt də qoyulmuşdu.
Məscidin içərisində pandemiya qaydalarına uyğun olaraq ara məsafəsinə də diqqət edilib.
Ümumiyyətlə, səhər saatlarından başlayaraq məscidin içərisində və bayırda - həyətində izdiham hiss olunurdu.
Daha sonra insanlar namaz qılıb, ibadət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrundan şəhid olan vətən övladlarının ruhuna dualar oxunub. Şəhidliyin islam dünyasındakı rolundan danışılıb. İmam Hüseyninin qatilləri lənətlənilib.
Tural Turan,
Foto: Pərviz Həşimi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO









.jpg)

















.png)












.jpg)