İnanc
Allahşükür Paşazadə Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşdü - Foto
Noyabrın 23-də Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Ümumrusiya Patriarxı Kiril arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ümumrusiya Partiarxına ad günü münasibətilə ünvanladıqları təbrik məktubunu təqdim edib. Patriarx Kiril də öz növbəsində Azərbaycan nümayəndə heyətindən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.
Moskva və Ümumrusiya Patriarxı Kirill şeyxülislam Allahşükür Paşazadə ilə uzun illərdən bəri mövcud olan xoş münasibətlərin, qarşılıqlı şəxsi əlaqələrin Azərbaycan-Rusiya münasibətlərindəki əhəmiyyətini qeyd edib.
QMİ sədri Allahşükür Paşazadə işğal dövründə dağıdılmış məscidlərin hazırda Qarabağda bərpa olunduğunu, bütün dinlərdən olan insanların birgə yaşayışı üçün imkanlar yaradıldığını, Azərbaycanda erməni kilsəsinin qorunub saxlanıldığını xatırladıb.
O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və prosesin iki ölkə arasında inkişaf etdirilməsinə baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı revanşist nifrət çağırışlardan əl çəkmədiyini diqqətə çatdırıb.
Həmçinin bu ilin oktyabr ayında Bakıda keçirilmiş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verən şeyxülislam Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın tolerantlıq ənənələrinə daim hörmət və xüsusi qayğı ilə yanaşdıqlarını bir daha vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, eyni zamanda, 2027-ci ilin iyun ayında Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində dinlərarası konfransın da təşkil ediləcəyini bildirib.
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında əlaqələndirmə şurasının yaradıldığı və bu prosesdə Rus-Pravoslar Kilsəsinin fəal rol oynadığı da diqqətə çatdırılıb.
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO

























.jpg)


.jpg)








