İnanc
Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
Roma Papası XIV Leo bazar günü xəstəxanadan çıxdıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxacaq. O, ənənəvi moizəsini və "Angelus" duasını oxuyacaq.
Publika.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bəyan edib ki, bu səhər tibbi müayinədən sonra Papa sağ ağciyərində keçirdiyi əməliyyatdan sonra "Gemelli" xəstəxanasından çıxacaq. O sağaldığı üçün evə buraxılır.
"Papa günortadan sonra xəstəxanadan çıxacaq və Vatikana qayıdacaq. Sabah o, papa mənzilinin pəncərəsindən "Angelus" duasının oxunmasına rəhbərlik edəcək", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, 71 yaşlı pontifikin ağciyərində bədxassəli törəmə aşkarlanmışdı. KİV onun xərçəngdən müalicə olunduğunu yazıb. Bəzi mənbələrdə isə törəmənin erkən mərhələdə aşkarlandığı və hazırda Papanın səhhəti üçün ciddi təhlükə yaratmadığı bildirilir.
Müəllif: Tural
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər
-
Region11:45Paşinyan Japarovla sülh və regional təhlükəsizlik məsələlərini müzakirə etdi - Video







































