İnanc
Həyatınızı gözəlləşdirəcək fikirlər - Stressə, depressiyaya son
Səhər saatlarında hiss edilən yorğunluq, uzun müddət davam edən stress və ya artan narahatlıq daxili psixoloji proseslərin nəticəsi ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri Lenta.ru-ya müsahibəsində klinik psixoloq, kouç İrina Krutskix deyib.
"Daimi yorğunluq çox vaxt zehni enerjinin "psixoloji proseslərə, qorxulara, bloklara, daxili konfliktlərin və psixoloji müdafiəyə" getməsi ilə əlaqələndirilir. Nəticədə daimi gərginlik və stress fiziki və ya emosional baxımdan bütün gücünüzün tükənməsinə səbəb olur.
Psixoloji tükənmənin əsas səbəblərindən biri də odur ki, insanın şəxsi və iş həyatında qarşısına qoyduğu tələblər, gözləntilər və real imkanları arasında balans pozulur. Bu, həddindən artıq yüklənməyə, yorğunluğa və motivasiyanın itirilməsinə gətirib çıxarır.
Həmçinin yaxınlarınız və ya həmkarlarınızla münasibətlərinizin pis olması da yorğunluğa səbəb ola bilər. Həmkarlar və rəhbərliyin sizi dəstəkləməməsi və qəbul edtməməsi psixoloji tükənmənin inkişafına kömək edir. Pessimist düşünməyə öyrəşmiş insanlar da risk altındadırlar, onlar bütün vəziyyətləri yalnız iki - ağ və ya qara mövqedən qiymətləndirirlər.
Yuxusuzluq, stress və narahatlıq, pis qidalanma, xəstəlik, dərmanların əks təsirləri, ətraf mühit faktorları, pis vərdişlər, aşağı fiziki aktivlik, mənfi düşüncə, münasibətlərdə problemlər, depressiya da yorğunluğa səbəb olan amillər arasındadır. Özünə hörməti aşağı olan, özünə inanmayan, heç bir məqsədi olmayan, iş və ya məsuliyyətlə həddən artıq yüklənmiş insan da özünü tez-tez gücsüz və yorğun hiss edə bilər”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu zərərli vəziyyətdən çıxmağın yolları var. Psixoloqun 10 tövsiyəsini təqdim edirik:
1. Həyatda uzunmüddətli hədəflərinizi, dəyərlərinizi və prioritetlərinizi müəyyənləşdirin. Sizin üçün həqiqətən vacib olan məsələlərə diqqət yetirin və bu şeylərə daha çox vaxt ayırın. Kiçik problemlərdən ötrü özünüzü üzməyin.
2. Sizə uyğun olan istirahət yollarını tapın: meditasiya, yoqa, açıq hava fəaliyyəti, oxumaq, rəsm çəkmək və. s. İstirahət və nəfəs məşqlərindən istifadə edərək stress və narahatlığı idarə etməyi öyrənin.
3. Sərhədlər təyin edin və yox deməyi öyrənin. Sağlamlığınıza və rifahınıza təsir edə biləcək müəyyən öhdəliklər və ya istəklərdən imtina etməkdən qorxmayın. Şəxsi həya və işiniz arasında dəqiq sərhədlər qoyun ki, həddən artıq yüklənməyəsiniz.
4. Yaxınlarınızla münasibətləri yaxşılaşdırın. Təcrid və təklikdən qaçmaq üçün sosial münasibətləri inkişaf etdirin. Ailənizdən kömək almaq üçün ətrafınızda dəstəkləyici mühit yaratmağı öyrənin.
5. Nəzarət edə bildiyiniz şeylərə diqqət yetirin. Nəzarətinizdə olmayan problemlərə görə, narahat olmayın. İcazə verməyin ki, neqativ düşüncələr sizi uçuruma sürükləsin.
6. Gördüyünüz işin mahiyyətinə varın, onda bir məna xtarın. Məsələn, öz peşənizdə böyümək və inkişaf etmək istəyirsinizsə, bunun üçün imkanlar axtarın. Siz həmçinin təhsil ala və özünüzü inkişaf etdirə bilərsiniz.
7. Unutmayın ki, özünüzə qulluq etmək eqoizm deyil. Tükənmiş və yorğun bir vəziyyətdə olan insan başqalarına da kömək edə bilməyəcək. İtirilmiş gümrahlığı bərpa etmək istəyisinizsə, aktiv olun, idmanla məşğul olmaq istəmirsinizsə, o zaman heç olmasa tez-tez təmiz havada gəzintiyə çıxın.
8. Əvvəlcə istirahətinizi planlaşdırın (nə vaxt, necə, harada, kiminlə, işdənkənar, həftə sonları, bayram günləri ) və sonra iş tapşırıqlarının planlaşdırılmasına keçin.
9. Mənfi düşüncələriniz, qorxularınız, travmalarınız və münasibətləriniz üzərində psixoloqla işləyin. Yaradıcı məşğuliyyətlər tapın.
10. Gecə ən azı səkkiz saat yatmağa başlayın və axşam saat 23-dən gec olmayaraq yuxuya getməyi vərdiş halına salın.
Aytən Məftun
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO