İnanc
Rus Pravoslav Kilsəsi Allahşükür Paşazadəni ordenlə təltif etdi - FOTO
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib.
Publika.az xəbər verir ki, mükafatlandırma mərasimi Patriarxın Moskvadakı iqamətgahında baş tutub.
QMİ sədri 75 illik yubileyi münasibətilə dinlərarası dialoqun inkişafında və cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə yüksək mükafata layiq görülüb.
“Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edirəm, çünki siz postsovet məkanında görkəmli din xadimisiniz. Kilsəmizə və şəxsən mənə yaradılan gözəl atmosfer dünyada müxtəlif növ münaqişələrin baş verdiyi bir vaxtda gündəmdə olan bütün məsələlərdə razılığa gəlməyə kömək etdi”, - patriarx qeyd edib.
O, həmçinin qeyd edib ki, xristianlar və müsəlmanlar arasında münasibətlər sülh və mehriban qonşuluq üçün mühüm amildir.
Şeyxülislam öz növbəsində Rus Pravoslav Kilsəsinin rəhbərinə yüksək mükafata görə təşəkkür edib və Patriarx Kirili Azərbaycan xalqının dostu adlandırıb.
O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb. A.Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından xoş sözlər və salamlarını çatdırıb.
QMİ sədri Qarabağ xalçasını Rus Pravoslav Kilsəsinə hədiyyə edib.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər də iştirak ediblər. ("Report")

-
ABŞ02:27ABŞ İrana qarşı yeni hava zərbələrinə başladı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir












.jpg)
.jpg)





.jpg)


















