Bu əlamətlər kimdə varsa, 100 ildən çox yaşayacaq
Bizi izləyin

İnanc

Bu əlamətlər kimdə varsa, 100 ildən çox yaşayacaq

Bu əlamətlər kimdə varsa, 100 ildən çox yaşayacaq

Nəticələrinizi görüb-görməyəcəyiniz, daha doğrusu 100 yaşa çatacağınızı müəyyən etmək asandır! Sadəcə güzgüyə baxın və məsləhətlərimizdən istifadə edərək özünüzü yoxlayın. Əgər sizdə, bu əlamətlərin hamısı varsa, 100-ə qədər yaşamaq şansınız bir o qədər yüksəkdir. Vücudumuz nə qədər yaşayacağımızı göstərən müəyyən xüsusiyyətlərə malikdir. Sadəcə olaraq, uzunömürlülük əlamətləri heç kimin ağlına gəlməyən yerlərdə gizlənir.

Publika.az oxucuları şifrələnmiş mesajların gizləndiyi yerlərlə tanış edir.

1. Möhkəm dişlər

Diqqət etməli olduğunuz ilk əlamət dişlərdir. Diş həkiminə nə qədər tez-tez getməyə başladığınızı, hansı problemlərlə və ilk dəfə nə vaxt qarşılaşdığınızı xatırlayın. Deyilənlərə görə, uzun yaşamağa meylli olanların dişləri möhkəm və yaxşı vəziyyətdə olur. Əgər kariyes kifayət qədər gec yaşda əmələ gəlibsə, sizi təbrik edirik. Dişlər nə qədər güclüdürsə, ömür də bir o qədər uzun olur!

2. Çoxlu xal

Uzunömürlü insanın ikinci əlaməti, Çin təbabətinə görə, bədəndə çoxlu sayda xal olmasıdır. Əgər yüzdən çox xalınız varsa, gözünüz aydın. Sizin xalları az olan insanlardan 10-15 il daha çox yaşamaq şansınız var.

3. Simmetrik üz

Yeri gəlmişkən, çinlilər bunu da uzunömürlülüyün əlamətlərindən biri kimi qeyd edirlər. Bu, yalnız gözəl görünüşü deyil, həm də sağlamlığınızı ifadə edir. Təbiət etibarilə insanlar adətən asimmetrikdirlər, lakin üz cizgiləriniz nisbətən simmetrikdirsə, deməli, 100 il yaşayacaqsınız.

4. Böyük qulaqlar

Tarixən 90-dan çox yaşamış insanların xüsusi bir quruluşa malik qulaqlarının olduğu qeyd edilibr: böyük ölçülü və bir az çıxıntılı qulaqlar, həmçinin bir qədər uzanmış və qalınlaşmış qulaq əti.

5. Dodaqlar

Dodaqlarınıza baxın. Onların forması təkcə xarakteri deyil, həm də sizin uzun ömürlü olub-olmayacağınızdan xəbər verə bilər. Dodaq filtrumuna diqqət yetirməyə dəyər, xüsusən də dərindirsə. Bu, yaxşı əlamət hesab olunur. Filtrum burun ilə dodaq arasında dəridə şaquli çökəklikdir. Əgər onun uzunluğu orta barmağın orta oynağının uzunluğundan bir qədər uzundursa, bu, uzunömürlülüyün əlamətidir. Çin təbabəti filtrum uzunluğunun endokrin və reproduktiv sistemlərin sağlamlığı ilə əlaqəli olduğuna inanır.

6. Göz və saç rəngi

Təəccüblüdür ki, yaşı 100-ü keçmiş insanların əksəriyyətinin saçları qara və tünd qəhvəyi, gözləri isə əsasən qəhvəyi olub. Boy da çox önəmlidir, orta göstərici 166 sm-dir. O da maraqlıdır ki, uzunömürlülər “bayquş” olurlar, yəni tez durub tez yatırlar.

7. Dolğun yanaqlar

Yanaqlarınızı bəyənirsiniz? Bir çox qız incə və batmış yanaqların daha estetik və gözəl göründüyünə inanaraq, estetik müdaxilə yolu ilə yumşaq yanaqlarından qurtulmağa çalışır. Əgər xanımlar dolğun və yumşaq yanaqların insanın uzunömürlülüyünə dair bir işarə olduğunu bilsəydilər, yəqin ki, bu qərardan vaz keçərdilər. Çin həkimləri bunu həm də böyrəklərin normal fəaliyyətinin göstəricisi hesab edirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm