İnanc
Falına baxdırdı, falçı "tezliklə öləcəksən" dedi: ertəsi gün...
Braziliyada 27 yaşlı qadın falçının ona tezliklə öləcəyini söyləməsindən bir gün sonra dünyasını dəyişib. Məlum olub ki, qadın falçının verdiyi şokoladı yedikdən sonra qəfil xəstələnib.
Publika.az xəbər verir ki, “New York Post” qəzetində yer alan xəbərə görə, Braziliyanın Maceyo şəhərinin mərkəzində gəzintiyə çıxan Kruz Pinto adlı gənc qadın yaşlı bir qadın tərəfindən saxlanılıb. Yaşlı qadın Pintoya falına baxa biləcəyini deyib.
Təklifi qəbul edən Pintonun əl falına baxan qadın ona, bir neçə gün ömrü qaldığını deyib. Falçı daha sonra Pintoya şokolad verib.
Pintonun əmisi oğlu Bianka Kristina bildirib ki, o, şokoladın qablaşdırılmış halda olduğu üçün təhlükə yarada biləcəyini düşünməyib. Ac qaldığı üçün də onu yeməyə qərar verib.
Şokoladı yedikdən bir neçə saat sonra qadın özünü çox pis hiss etməyə başlayıb və şiddətli mədə ağrıları, görmə qabiliyyətinin itirilməsi və qusma kimi simptomlar yaşamağa başlayıb.
Pinto avqustun 4-də, şokoladı yedikdən bir gün sonra dünyasını dəyişib.
"Mirror"-un məlumatına görə, yarılma zamanı Pintonun cəsədindən götürülmüş nümunələrin təhlil edən kimya və toksikologiya laboratoriyasının rəhbəri Talmanni Qulart "bu maddələr Kənd Təsərrüfatı, Heyvandarlıq və Təchizat Nazirliyi tərəfindən tənzimlənsə də, asan əldə olunduğu üçün Braziliyada zəhərlənmə hallarında olduqca yaygındır",- deyə bildirib.
Nəzrin
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu



















.png)















