Hindistanda uşaq tərbiyənləndirməyin 10 prinsipi - 3 yaşından məktəbə gedirlər
Bizi izləyin

İnanc

Hindistanda uşaq tərbiyənləndirməyin 10 prinsipi - 3 yaşından məktəbə gedirlər

Hindistanda valideynlərin 3 yaşlı uşaqları da məktəbə göndərdiklərini və bir sinifdə 70 nəfərin təhsil aldığını bilirdiniz?

Publika.az oxucuları bu rəngarəng ölkənin təhsil sistemi, bu və digər xüsusiyyətləri ilə tanış edir.

Hindistan çoxmillətli və çoxmədəniyyətli elə bir ölkədir ki, bura məktəb mühiti mədəniyyətlərin və ənənələrin müxtəlifliyini öyrənmək və anlamaq üçün əla platformaya çevrilib. 2023-cü ilin statistikasına əsasən əhalisi 1 milyard 425 milyon 775 min 850 nəfərə çatan ölkədə məktəbli sayı 160 milyonu ötür. İnkişaf tempinin çox sürətlə getdiyi bu ölkədə hər bir uşağın bilik əldə etməsini və arzularına çatmaq imkanının təmin edilməsi üçün gənclərin təhsil sisteminə böyük sərmayələr yatırılır. Bəs Hindistan təhsilinin xüsusiyyətləri nələrdir və onlardan nə öyrənə bilərik? Müəllim, biznes sahəsində ekspert və məktəblilər üçün beynəlxalq onlayn təhsil platforması “KnowledgeJets”in yaradıcısı Elvira Qrinberq Hindistanda təhsil sisteminin özəlliklərindən danışıb.

Hindistanlılar təhsil sistemində nəyə nail olmağa çalışırlar?

Hindistan ekologiya, iqtisadiyyat, din, dil, tarix, mədəniyyət və mətbəx kimi müxtəlif sahələrdə qanunların, ənənələrin və mədəni xüsusiyyətlərin əhəmiyyətli müxtəlifliyinə malikdir. Bu müxtəliflik, istər milli ideyalar, istərsə də təhsil məqsədləri olsun, ümumi prinsiplərin formalaşdırılması üzərində işləyərkən ciddi problemlər yaradır. Həm məktəbəqədər, həm də məktəblilərin təhsili ilə bağlı mədəni təcrübələr və onların inkişafının milli istəkləri arasında davamlı dialoq mövcuddur.

Hindistanda daha çox inkişaf etmiş ölkələrin tətbiq etdiyi Qərb modellərinin təsiri ilə bağlı narahatlıq da var. Müasir hind ailələrində sosiallaşma hələ də qədim ənənələrə söykənsə də, tədricən ailələr müasir təhsil metodlarından istifadəni daha çox dəstəkləyir. Texnoloji tərəqqi həyatın getdikcə daha vacib aspektinə çevrilir. Bununla belə, Qərb standartlarında təmsil olunan uşaqlıq idealı Hindistandakı uşaqlıq və ailə dəyərlərinin ağıllı şəkildə qəbul edilməsinə bəzən mane olur.

Sürətlə dəyişən dünyanın bu çağında Hindistanın təhsil sistemi dövrün çağırışlarına fəal şəkildə uyğunlaşır, təhsili hamı üçün daha əlçatan və effektiv edən innovativ metod və texnologiyalar tətbiq edir. Lakin qeyd etmək lazımdır ki, Hindistanda təhsil hələ də çox aşağı səviyyədədir. Təhsilə və keyfiyyətli təlimə qeyri-bərabər əlçatanlıq səbəbindən uşaqların çoxunun bilik səviyyəsi aşağı olaraq qalır. Hindistan təhsili intellektual inkişaf deyil, daha çox gələcək nəsillərə ötürülən mədəni irsdir.

Hindistanda təhsil sisteminin 10 prinsipi

Hindistan məktəblərinin tədris və təhsil formatının özünəməxsus xüsusiyyətləri var:

1. Böyük siniflər

Bəzi məktəblərdə 70 şagirddən ibarət siniflər ola bilər.

2. Davamlı təzyiq

Hindistanın təhsil sistemi tənqidi təfəkkür və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək əvəzinə faktların və məlumatların yadda saxlanmasına çox diqqət yetirir.

3. Ağır tapşırıqlar

Hindistan məktəbləri ağır dərs yükü və şagirdlərdə stres yarada bilən çoxlu ev tapşırıqları ilə tanınır.

4. 6 günlük tədris

Şagirdlər bəzi Azərbaycan məktəblərində tez-tez rast gəlinən altı günlük cədvəl üzrə təhsil alırlar.

5. Dərs cəmi 35 dəqiqə davam edir

Azərbaycan təhsilindən fərqli olaraq, onlar dərs saatlarına daha az vaxt sərf edirlər.

6. Dərslər ingilis dilində tədris olunur

Hindistanlılar əsas tədris dili kimi xarici dildən istifadə edirlər, lakin onlar hələ də məktəbdən kənarda öz ana dillərində ünsiyyət qurmağa üstünlük verirlər.

7. Məcburi məktəbli forması

Ciddi geyim kodu demək olar ki, hər yerdə mövcuddur.

8. Cəmi 2 aylıq tətil

Maydan iyun ayına qədər uşaqlar tətilə yollanırlar.

9. Ümumi orta və tam orta təhsil

Təhsilini davam etdirmək və orta təhsilə keçmək üçün uşağın valideynləri pul ödəməlidilər.

10. Məktəb vergisi

Hindistan hökuməti təhsil səviyyəsində fərqləri qəbul edərək, hər bir işləyən yetkin vətəndaşın gəlirinin 3%-i həcmində təhsil vergisi tətbiq edib.

Hindistanda tədris erkən yaşlarda başlayır. Artıq 3 yaşından kiçik hindlilər məktəbəqədər (məktəbə hazırlıq) müəllimləri ilə tanış olur və məktəbəqədər təhsil müəssisələrində təhsil səyahətlərinə başlayırlar. Burada adi uşaq bağçaları yoxdur, bunun əvəzinə uşaqlar təhsil həyatlarına birbaşa orta məktəblərin binalarında start verirlər, burada uşaqlar bilik dünyasına qərq olur, ingilis əlifbasını, rəqəmləri, şeirləri və yazının əsaslarını mənimsəyirlər. Buna gündə 2-4 saat vaxt ayrılır.

Bir müddət sonra şagirdləri “Secondary school”a (Ümumi orta məktəbə) köçürürlər, burada onları tam dərs günüləri (8 dərs) gözləyir. Məktəb kurikulumuna tarix və coğrafiyadan tutmuş kimya və fizikaya qədər geniş spektrli fənlər daxildir. Humanitar elmlər də unudulmur: ingilis, hindi və yerli dillərin öyrənilməsi təhsil prosesinə unikal mədəni məzmun əlavə edir.

Hindistanda icbari təhsil 10 sinifdən ibarətdir. Orta məktəbi bitirməyə və ya təhsillərini kollecdə davam etdirməyə özləri qərar verirlər. Orta məktəb təhsili (11 və 12-ci siniflər) gənclərin bacarıq və biliklərini artırmaqla onları universitetə ​​hazırlayır və parlaq gələcək vəd edir. Tam orta məktəbdə oxumaq isə ödənişlidir.

Təəccüblüdür ki, bu təhsil səviyyələri bütün ölkədə məktəblərin tikilməsinə və saxlanmasına imkan verən təhsil vergisi sayəsində reallığa çevrilir. Hindistan hökuməti vətəndaşlarının daha parlaq gələcəyə doğru addım atması üçün əzm və qətiyyətlə onların təhsilə çıxışını təmin etməyə çalışır. Bu xüsusiyyətlərə baxmayaraq, Hindistan təhsil sisteminin müsbət cəhətləri də var.

Birincisi, Hindistan məktəbləri şagirdlərin xarakterinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edən nizam-intizamın və özünütərbiyənin vacibliyini vurğulayır.

İkincisi, Hindistanın təhsil sistemi şagirdləri ciddi akademik iş yükünə hazırlayır.

Üçüncüsü, məktəbdə oxumaq fürsətinin özü çox dəyərlidir, çünki uşaqlarını məktəbə hər ailə göndərə bilmir. Hindistan mədəniyyəti təhsilə və özünü inkişaf etdirməyin vacibliyini vurğulayan tədris və biliyə böyük hörmət bəsləyir.

Dünyaya dühalar bəxş edən ölkə - bu, şansdır, yoxsa təhsilin uğurlu nəticələri?

Hindistan dünyaya bir çox elmi və mədəni kəşflər gətirmiş görkəmli insanları ilə məşhurdur. Bu istedadların uğurlarının çoxu müxtəlif amillərin birləşməsi ilə izah edilə bilər. Onların xarakterinin, dəyərlərinin və bacarıqlarının formalaşmasında tərbiyə və təhsil mühüm rol oynayır. Onların bir çoxunun ailə şəraiti əlverişli olub yüksək keyfiyyətli təhsil görüb, eyni zamanda valideynlərdən və ya müəllimlərdən ilham alıb. Onlar öz sahələrində uğur əldə etmək üçün öz istedad və istəklərindən düzgün istifadə edə biliblər.

Hindistanın ən məşhur şəxsiyyətlərindən bəziləri bunlardır:

Mahatma Qandi və Cavaharnal Nehru - Hindistanın milli qəhrəmanı;

Subramanya Çandra Sekhar - məşhur astrofizik;

Venkatraman Ramakrişnan - molekulyar bioloq;

Satiş Dhavan - fizik;

Amartya Sen - iqtisadçı;

Rabindranath Taqor - yazıçı.

Ancaq planetin bütün bu məşhur və ən ağıllı insanları təkcə Hindistanda təhsil almayıblar. Onların bəzilərini təhsillərini Avropa ölkələrində alıblar. Uğurlarının nəticəsi isə Hindistan məktəblərində aldıqları təhsildən daha çox tərbiyələrinin nəticəsidir ki, xaricdə təhsil almaq imkanı qazanıblar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm