Kadırovdan çağırış: Bir ay ərzində bu iki şəhəri tutsaq, Zelenski imza atacaq
Bizi izləyin

MDB

Kadırovdan çağırış: Bir ay ərzində bu iki şəhəri tutsaq, Zelenski imza atacaq

Odessa və Xarkovu nəzarətə götürdükdən sonra Vladimir Zelenski lazımi sənədləri imzalamağa məcbur edilməlidir.

Publika.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Rossiya 1” telekanalında bildirib.

Onun fikrincə, yaxın bir ay ərzində Odessa və Xarkovu nəzarətə götürmək mütləqdir.

“Sonra bu Zelenskini həbsə atmaq lazımdır və biz onu məcbur etməliyik ki, Rusiya, vətəndaşlar, Ukrayna ərazisində yaşayan rusdilli əhali, dövlətimizin təhlükəsizliyi üçün lazım olan bütün sənədləri imzalasın”, - deyə Kadırov bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm