Musa Qurbanlı qol vurdu, amma...
Bizi izləyin

İdman

Musa Qurbanlı qol vurdu, amma...

Futbol üzrə Azərbaycan millisinin üzvü Musa Qurbanlı İsveçin “Yurqorden”inin U-21 komandasında növbəti qolunu vurub.

Publika.az xəbər verir ki, o, “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib. Qurbanlı 4:2 hesabı ilə qalib gəldikləri görüşdə komandasının ilk qolunun müəllifi olub. 22 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, Musa "Yurqorden"in əsas komandasının heyətində demək olar ki, şans qazanmır. O, 2 oyunda cəmi 30 dəqiqə meydanda olub. Onun yay transfer pəncərəsində İsveç təmsilçisindən ayrılacağı bildirilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm