İnanc
Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq müzakirə olundu
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi Məhəmməd Əbdül Rəhim Əl-Bayumi ilə görüşüb.
Publika.az xəbər verir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və tolerantlıq mühtinin qorunması, beynəlxalq miqyasda dinlərarası dialoqun dərinləşməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verən Ramin Məmmədov Azərbaycanla Misir arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu qeyd edib.
İki ölkə arasında digər sahələrdə olduğu kimi dinlərarası dialoq, İslam dininin mütərəqqi dəyərlərinin təbliği istiqamətində əməkdaşlığın təkmilləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın mənəvi birliyə, birgəyaşayışa, dünyada sülh və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüslərinin yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qonaq qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi




















_(1).jpg)















.jpg)
.jpg)
