İnanc
Bu gün Aşuradır
Bu gün Məhərrəm ayının 10-cu günü - Aşura Günüdür.
Publika.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının məlumatına görə, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir.
Buna görə də Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə bu gün qanvermə aksiyası keçirilir. Aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunur. Bu il ilk dəfə azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində də qanvermə aksiyası keçirilir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var.
QMİ qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulan məkanların siyahısını açıqlayıb.
Qeyd edək ki, iyulun 25-i Məhərrəm ayının son günüdür, növbəti gündən isə Səfər ayı başlayacaq. Avqustun 23-də Səfər ayı başa çatacaq.
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI














.jpg)



.jpg)


.webp)


















