İnanc
Anasını bər-bəzəkli geyindirib diri-diri tabuta qoydu: 16 nəfər isə... - FOTO
Çinin Hunan əyalətində baş vermiş bir hadisə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Oğul 70 yaşlı sağlam anasını bəzəkli və təmtəraqlı tabuta qoyub. Daha sonra 16 nəfər həmin tabutu musiqinin müşayiəti ilə "dəfn" mərasimi üçün aparıb.
Publika.az xəbər verir ki, görüntülər müzakirələrə səbəb olub.
Bildirilir ki, bu ənənə Çinin bəzi kənd yerlərində əsrlərdir davam edir. Bu, ailənin yaşlı nümayəndəsinə hörmət əlaməti, uzun ömür arzusu kimi qəbul edilir. Yerli mədəniyyətdə belə bir mərasim yaşlılara hörmət etmək və şər ruhları qovmaq üçün keçirilir. Şəxsin tabutda daşınması ailəyə bolluq, firavanlıq və sağlamlıq gətirdiyinə inanılan bir mərasimdir.
Mərasimdə iştirak edən 16 nəfərin həm də kütlənin rituala verdiyi əhəmiyyəti nümayiş etdirir. Çin mədəniyyətində rəqəmlərin böyük əhəmiyyəti var. 16 rəqəmi güc, qorunma və xoşbəxtlik simvolu hesab olunur. Ona görə də mühüm mərasimlərdə istifadə edilməsinə üstünlük verilir.
Müzakirələrdə bəziləri “Ananı belə geyindirmək hörmətsizlikdir” deyərək tənqid edərkən, bəziləri isə ənənənin mədəni köklərinə hörmət edilməli olduğunu bildirərək, “Həyatda anana hörmət göstərməyin ən gözəl yolu budur” sözlərini əlavə ediblər.
Çin rəsmiləri belə ənənələrin onların regionlarının mədəni irsinin bir hissəsi olduğunu deyirlər.
Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)