İnanc
Qarabağda keçirilən “Mənəvi dəyərlər” həftəsi başa çatdı - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Mənəvi dəyərlər” həftəsi çərçivəsində oktyabrın 14-də tələbələr Ağdam, Bərdə və Laçın rayonlarına səfər ediblər.
Publika.az xəbər verir ki, Ağdam Şəhidlər xiyabanını ziyarət edən tələbələrə burada dəfn olunan şəhidlər və milli qəhrəmanlar haqqında ətraflı məlumat verilib, onların əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra Ağdam Cümə məscidini ziyarət edən layihə iştirakçılarına ibadət evinin işğal dövründə ermənilər tərəfindən təhqir olunması haqqında danışılıb. Həmçinin işğaldan sonrakı bərpa prosesinin, Ağdamda aparılan genişmiqyaslı quruculuq işlərinin əhəmiyyəti vurğulanıb. Ziyarət zamanı Aİİ tələbələri tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna Quran tilavəti edilib.
Səfər çərçivəsində tələbələrin Ağdamda İmarət Kompleksinə də ekskursiyası təşkil olunub. Onlar burada yerləşən türbələri, qəbiristanlığı, İmarət kompleksinin muzeyini və Xurşidbanu Natəvanın qəbirüstü abidəsini ziyarət ediblər.
Bərdə rayonu İmamzadə ziyarətgahında gənclərə ibadətgah və onun tarixi haqqında məlumat verilib. Layihə iştirakçıları, eyni zamanda, Laçın rayonuna səfər ediblər.
Qeyd edək ki, 11-14 oktyabr tarixlərində keçirilən layihə daxilində tələbələr Qarabağ və Şərqi Zəngəzurun tarixi, dini və mənəvi irsi, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesləri ilə yerində tanış olmaq imkanı əldə ediblər.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


