İnanc
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər - FOTO
Azərbaycanın pravoslav xristianları ən vacib dini bayramlardan birini - Pasxanı qeyd edirlər. Şənbə günündən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa ayinləri keçirilib.
Publika.az xəbər verir ki, bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristian icmasına təbrik məktubu göndərib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynayıb. “Xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə Azərbaycan dövlətinin başçısının təbrik məktubunda deyilir.
Bayram mərasimi Bakıdakı “Müqəddəs Jen-Mironosits” Kafedral Kilsəsində keçirilib.
Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində deyib: “Pasxa xristian dünyasında ən vacib bayramdır, çünki bu gün biz Rəbbimiz İsa Məsihin dirilməsini qeyd edirik. Bundan əvvəl Böyük Oruc - dua, tövbə və mənəvi təmizlənmə vaxtıdır ki, bu da möminlərə xilas haqqında xoş xəbəri daha dərindən anlamağa kömək edir. Pasxa yeni bir həyatın — gələcək əsrin həyatının başlanğıcını simvolizə edir. Məsihin dirilməsi vasitəsilə insan günahdan, ölümdən və ilkin lənətdən azad olur”, - deyə o vurğulayıb.
Yepiskop əlavə edib: “Biz, Azərbaycanın pravoslav xristianları Pasxa bayramını qeyd edir və ölkəmizin bütün xeyirxah insanlarını bu böyük bayram münasibətilə təbrik edirik. Multikulturalizm və tolerantlıq ideyaları ilə dolub daşan cəmiyyətimiz həmişə müxtəlif millətlərdən və dinlərdən olan bütün insanları birləşdirir”.
Pasxa xristianlıqdan ən qədim və əhəmiyyətli bayramlardan biridir və İsa Məsihin dirilməsinin sevincini simvolizə edir. Bu il pravoslav təqviminə görə, müqəddəs Pasxa günü aprelin 12-də qeyd olunur. Ənənəvi olaraq, bayramdan əvvəlki son cümə axşamı möminlər kuliç bişirir, axşam isə pasxa hazırlayırlar. Şənbə günü bu şirniyyatlar xeyir-dua üçün kilsəyə gətirilir, şənbə günündən bazar gününə keçən gecə isə onlar xaç yürüşündə - Pasxa bayramının başlanğıcını və Məsihin dirilməsi bayramını qeyd edən bir mərasimdə iştirak edirlər.
Məsihin “Nurlu dirilməsi” məqamında Pasxa süfrəsi ətrafında toplaşmaq, pasxa və kuliç paylaşmaq, yumurta döyüşdürmək və bir-birlərini “Məsih dirildi!” sözləri ilə salamlamaq adətdir.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var














.jpg)





















