İnanc
Fərat çayı quruyur: Bibliyadakı “Armageddon” xəbərdarlığı yenidən gündəmdə
İraqdan keçən və Qərbi Asiyanın ən böyük çaylarından biri sayılan Fərat çayı sürətlə qurumağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.
Məlumata görə, bəzi dini çevrələr bunu Bibliyada qeyd olunan “Armageddonun yaxınlaşması” (xristianlıqda dünyanın sonuna yaxın Xeyir və Şər arasında baş verəcək böyük və sonuncu qiyamət döyüşü) ilə əlaqələndirirlər.
Bildirilir ki, 2003-cü ildən bəri Fərat çayının hövzəsi 140 kubkilometrdən çox şirin su ehtiyatını itirib. Alimlərin proqnozlarına əsasən, proses bu templə davam edərsə, çay 2040-cı ilə qədər ciddi şəkildə quruma təhlükəsi ilə üzləşə bilər.
Mütəxəssislər suyun azalmasının əsas səbəbləri kimi uzunmüddətli quraqlıqları, temperatur artımını və qeyri-səmərəli su istifadəsini göstərirlər. Xüsusilə 2007-ci ildə baş vermiş güclü quraqlığın nəticələrinin hələ də tam aradan qalxmadığı vurğulanır.
Qeyd edək ki, Fərat çayı milyonlarla insan üçün həyati əhəmiyyət daşıyır. Yerli əhali çayın suyundan kənd təsərrüfatında, içməli su təminatında və digər gündəlik ehtiyaclarda istifadə edir. İraqda çayın dayazlaşması fonunda su çatışmazlığı səbəbindən vəba, qarın yatalağı, qızılca və suçiçəyi kimi təhlükəli xəstəliklərin yayıldığı qeyd olunur. Ölkədə genişmiqyaslı vaksinasiya proqramlarının aparılmaması vəziyyəti daha da ağırlaşdırır.
Onu da qeyd edək ki, "Bibliya"da Fərat çayı Ədən bağından çıxan dörd müqəddəs çaydan biri kimi göstərilir. Bəzi dini şərhlərə görə, onun quruması “sonun başlanğıcı” və "Armageddon"un əlamətlərindən hesab olunur.
Müəllif: Adəm
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı





































.jpg)

