İnanc
Günlərlə komada qalan Qeyb qeybdən xəbər gətirdi: İsa Məsihi gördüm
Britaniyalı Qeyb Puaro kliniki ölüm keçirdikdən sonra İsa Məsihi gördüyünü iddia edib.
Publika.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Hadisə 2021-ci ilin oktyabrında baş verib. Qeyb Puaro elektrik skeytbordundan yıxılaraq ağır kəllə-beyin travması alıb. Həkimlər onun həyatını xilas etmək üçün uzun müddət mübarizə aparıblar. Bildirilir ki, başındakı güclü təzyiq səbəbindən kəllə sümüyü daxildən parçalanmaq həddinə çatıb.
18 gün komada qalan Puaro podkaster Lila Rouzla söhbətində həmin vaxt “Cənnətə yüksəldiyini” deyib. O, İsa Məsihi təxminən 180-183 sm boyunda, Yaxın Şərq görünüşlü, buğdayı dərili və yüngül dalğalı orta uzunluqda saçları olan biri kimi təsvir edib.
Qeyb bildirib ki, İsanın həqiqi simasını sözlə ifadə etmək mümkün deyil: “Onun nuru təsvir edilə bilməz. Turin kəfəni isə buna ən yaxın bənzətmədir”.
Puaro iddia edir ki, “Tanrının ruhu” onu oyadıb və yaddaşı bir neçə gün ərzində geri qayıdıb.
Hazırda dərin dini inanclara sahib olduğunu deyən britaniyalı, cinlərin insanlar arasında münaqişələr yaratdığını və dünya liderlərini “kukla kimi idarə etdiyini” düşündüyünü də bildirib.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi

























.jpg)









