İnanc
Qurban bayramında Azərbaycandakı bu ziyarətgahda böyük izdiham - Arzularının qəbul olunacağına inanırlar...
Naxçıvanda yerləşən Əshabi-Kəhf ziyarətgahında, xüsusilə Qurban bayramında böyük izdiham müşahidə olunur.
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, ziyarətçilər qurbanlarını kompleksin aşağı hissəsindəki xüsusi məntəqədə kəsdikdən sonra ziyarətgahın yuxarı hissəsinə qalxaraq ibadətlərini yerinə yetirirlər.
Əshabi-Kəhf əsrlər boyu insanların inanc və ziyarət məkanı olub. Onun tarixinin çox qədim dövrlərə aid olduğu bildirilir.
Tarixçi Asəf Orucov bildirib ki, Əshabi-Kəhfdə qədim türk inanc sistemlərinin izlərinə də rast gəlmək mümkündür. Burada ağac, daş və su kultları ilə bağlı inanclar mövcuddur.
"İnanca görə, burada tavandan daman suyun insanın üzərinə düşməsi niyyət və arzularının qəbul olunacağına işarə sayılır. Sovet hakimiyyəti illərində Əshabi-Kəhfin ziyarət edilməsinə icazə verilmirdi. Buna baxmayaraq, insanlar gizli şəkildə, hətta gecə saatlarında belə buraya ziyarətə gəlirdilər", - deyə o, sözlərinə əlavə edib.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı













.jpg)













.jpg)








