İnanc
Axund vaxtın niyə tez keçdiyini açıqladı: əyləncələr çoxaldığından... - Video
İlahiyyatçı, qəzəlxan və axund Azər Sani Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı olub.
Publika.az xəbər verir ki, müasir dövrdə mənəvi dəyərlərin qorunmasının çətinləşdiyini bildirən Azər Sani cəmiyyətdəki dəyişikliklərdən söz açıb.
"Yaxşı və pis insan hər dövrdə olub. Sadəcə, indi günah adiləşdiyi üçün imanı qorumaq daha çətindir. Bu gün əyləncələr və mənasız şeylər çoxaldığından insanlara elə gəlir ki, vaxt tez keçir. Əslində isə zamandan səmərəli istifadə etmək lazımdır. Vaxt düzgün xərclənəndə bərəkətli olur", - deyə o bildirib.
Axund, həmçinin fədakarlıq anlayışına toxunub. Onun sözlərinə görə, insana ən böyük zərbə adətən ən yaxınından, vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir: "Amma yaxşılığı insan üçün yox, Allah üçün edirsənsə, qarşı tərəfin nankorluğu səni qorxutmur. Çünki əminsən ki, etdiyin yaxşılıq Yaradanın ədaləti sayəsində bir gün mütləq sənə qayıdacaq".
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı













.jpg)













.jpg)








