İnanc
Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
Farer adalarının sahilləri növbəti dəfə qara delfinlərin (qrind) və digər balinakimilərin ənənəvi kütləvi qırğını səbəbindən al-qırmızı rəngə boyanıb. Şimali Atlantik okeanının sahil sularını qan dənizinə çevirən bu dəhşətli mənzərəni sahildən çoxlu sayda yerli sakin, o cümlədən azyaşlı uşaqlar izləyib.
Publika.az xəbər verir ki, bu amansız ov “Qrindadrap” (və ya sadəcə “Qrind”) adlanır və kökləri min ildən artıq əvvəl yaşamış vikinqlər dövrünə gedib çıxır.
Minillik ənənə dəyişmir
Əsrlərdir davam edən ov prosesi demək olar ki, dəyişməyib. Balıqçılar açıq dənizdə qrind və ya delfin sürüsünü aşkar etdikdən sonra onları mühasirəyə alır və sahilə doğru qovurlar.
Ölüm qorxusu yaşayan heyvanlar dayaz sulara sıxışdırılır və sahilə çıxmağa məcbur edilir. Bundan sonra balıqçılar müdafiəsiz məməliləri bıçaqlarla öldürürlər.
Kəsim başa çatdıqdan sonra heyvanların cəsədləri sahil boyunca düzülür, qanları isə okean sularına axır. Bu zaman balıqçılar sinəyədək qana boyanmış suların içində dayanırlar. Daha sonra öldürülən heyvanların əti və piy qatı icma üzvləri arasında pulsuz paylanır və qida kimi istifadə edilir.
Tənqidlərə baxmayaraq davam edir
Farer adalarından yayılan bu ürəkdağlayan görüntülər hər il bütün dünyada ciddi etirazlara səbəb olur.
Heyvan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar bu ənənəni vəhşi, qəddar və orta əsrləri xatırladan ritual kimi qiymətləndirirlər. Onlar bildirirlər ki, qrindlər və delfinlər okean ekosisteminin qorunmasında mühüm rol oynayırlar.
Danimarkanın tərkibində muxtar ərazi olan Farer adalarının hakimiyyəti isə geri addım atmır. Rəsmilər “Qrindadrap”ın milli kimliyin və mədəni irsin ayrılmaz hissəsi olduğunu, eyni zamanda yerli əhalini pulsuz ərzaqla təmin etdiyini bildirirlər. Hətta valideynlər azyaşlı uşaqları da bu ovlara aparır, onlar yalnız qırğını izləmir, həm də qan içində olan heyvan cəsədlərinə toxunurlar.
Farer adalarında bu məməlilərin ovlanmasına dair rəsmi kvotalar mövcud deyil. Ekspertlərin qiymətləndirməsinə görə, hər il “Qrindadrap” zamanı mindən çox dəniz heyvanı öldürülür. Təkcə ötən il balıqçılar 814 adi qrind və Atlantik ağyanlı delfin məhv ediblər.
Mütəxəssislər bildirirlər ki, vəziyyəti daha da ağırlaşdıran amil balinakimilərin çox yavaş çoxalmasıdır. Təbiətdə dişi qrindlər 60 ilədək, erkəklər isə 45 ilədək yaşayır. Dişi fərd hər 3-6 ildən bir cəmi bir bala dünyaya gətirir və balaların böyüdülməsində bütün sürü iştirak edir.
“Qrindadrap” zamanı isə balıqçıların bıçaqları altına bütöv ailə qrupları, o cümlədən hamilə dişilər və balalar da düşür.
Adəm
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?









.jpg)

.jpg)


























