İnanc
Azərbaycanda Məhərrəm ayı başladı
Bu gün Azərbaycanda Məhərrəm ayı başlayır.
Publika.az xəbər verir ki, Hicri-qəməri təqvimi ilə 1447-ci il başa çatır, yeni 1448-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i , Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edir.
Bu il Aşura günü 25 iyun tarixinə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının yaydığı fətvada qeyd olunub ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq dinimizə görə qəbuledilməzdir.
Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir.
Qeyd edək ki, bu ay müsəlman aləminin matəm ayı, Məhəmməd Peyğəmbərin (s) nəvəsi Həzrət Hüseynin (ə) tərəfdarları ilə birlikdə Kərbəlada şəhid edilməsinin yad edildiyi təqvimdir.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

































