İnanc
Qaya məscidləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
Qazaxıstanın Manqistau bölgəsindəki beş qaya məscidi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Publika.az “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Yerlan Karin məlumat verib.
O bildirib ki, Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında müvafiq qərar qəbul edilib.
Siyahıya Beket Ata, Şopan Ata, Karaman Ata, Şakpaq Ata və Sultan Upi məscidləri daxildir.
Erlan Karin qeyd edib ki, Qazaxıstanda mədəni irs obyekti sonuncu dəfə 22 il əvvəl UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Son illərdə Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə bu proses yenidən bərpa edilib və keyfiyyətcə yeni səviyyəyə çatıb. Prezident Administrasiyası rəhbərinin birinci müavininin sözlərinə görə, Manqistaudakı qaya məscidləri təkcə dua və ibadət yeri deyil, həm də təhsil mərkəzləri kimi xidmət edib. UNESCO onları əsrlərlə davam edən mənəvi, mədəni və memarlıq ənənələrinin görkəmli nümunələri kimi tanıyıb.
Yerlan Karin vurğulayıb ki, bu tarixi məkanların UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi dünyanın diqqətini Qazaxıstana cəlb edəcək, turizmin inkişafına yeni təkan verəcək və infrastruktur layihələri üçün imkanlar açacaq.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama













.jpg)






















