İnanc
Saqqal və hicabla bağlı sensasiyalı iddialar - Qadağa xəbərləri düzdür?
Tacikistanda kişilərin saqqal saxlamasının və qadınların hicab taxmasının qanunla qadağan edilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Publika.az xəbər verir ki, bu barədə "Asia-Plus" nəşri Tacikistanın Din, Milli Ənənələrin, Mərasim və Ayinlərin Tənzimlənməsi Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölkədə saqqal və hicabla bağlı hər hansı yeni qadağanedici qanun qəbul edilməyib. Komitə bu barədə yayılan məlumatları saxta xəbər adlandırıb.
Qeyd edilib ki, bəzi Rusiya və Mərkəzi Asiya KİV-ləri guya nəşrin hazırladığı xəbərə istinad etsələr də, əslində belə bir material heç vaxt dərc olunmayıb. Bir sıra media qurumları isə iki il əvvəl yayılan köhnə məlumatları yeni və sensasion başlıqlarla yenidən yayıblar.
Həmin xəbərlərdə iddia olunurdu ki, guya yeni qanuna əsasən saqqallı kişilər və hicablı qadınlar cərimələnəcək, cərimədən sonra isə hər həftə nəzarət orqanlarına saqqallarını qırxdıqlarını və ya hicabdan imtina etdiklərini təsdiqləyən fotoşəkillər göndərməli olacaqlar.
"Asia-Plus" redaksiyası son vaxtlar bu mövzuda heç bir xəbər hazırlamadığını vurğulayıb və oxşar şayiələrin təxminən iki il əvvəl də yayıldığını xatırladıb.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama











.jpg)























