İnanc
Bakıda axund cərimələndi
Bakıda məsciddə dini yığıncaq zamanı qaydaları pozan axund cərimələnib.
Publika.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzindəki "Rəsullah" məscidində qeydə alınıb.
34 yaşlı Müşviq Rəsulov (şərti adla) həmin məsciddə dini yığıncaqlar və digər mərasimlərin təşkili, eləcə də keçirilməsi qaydalarını pozub. Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onun barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası təyin olunub. (lent.az)
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































