İnanc
Daha bir Avropa ölkəsi məktəbli qızların niqab taxmasına qadağa qoydu
İtaliya hökuməti məktəblərdə üzü, bədəni tamamilə və ya qismən örtən ənənəvi müsəlman qadın geyimlərindən- burqa ilə niqabdan istifadəni qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Qeyd edilib ki, üzü açıq saxlayan, simanı göstərən hicaba isə məktəblərdə hələ də icazə verilir.
Yeni qaydalarla bağlı sənəddə həmçinin o da qeyd olunub ki, sinifdə italyan dilində danışmayan və ya dili zəif bilən şagirdlər 30%-dən çox olmamalıdır. Bu tədbirlər təxminən 1000 sinfə və ya ölkədəki bütün siniflərin 0,3%-nə təsir edəcək.
Xatırladaq ki, avqustun sonunda Avstriya hakimiyyəti də oxşar qərar vermişdi. Mətbuatda məmurların payız aylarında 14 yaşdan kiçik qızların məktəblərdə hicab taxmasına qadağa qoymağı planlaşdırdığı yazılırdı.
Müəllif: Tural
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq




































.jpg)
