İnanc
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti bu məsələləri müzakirə etdi - FOTO
Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu ölkənin Vitse-prezidenti Yerlan Karinin təşəbbüsü ilə onunla görüşüb.
Bu barədə Publika.az-a QMİ-dən məlumat verilib.
Görüşdə Azərbaycan-Qazaxıstan dostluq və qardaşlığının xoş günlərdə və çətin məqamlarda sınaqdan keçmiş münasibətlər olduğu xüsusi qeyd olunub.
A. Paşazadə bildirib ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi dünyada tanınan Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində dini liderlərin zirvə görüşünün keçirilməsi nəzərdə tutulur.
İƏT toplantısı ərəfəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə baş tutacaq tədbirdə Əl-Əzhəri Şərifin Böyük İmamı Şeyx Əhməd ət-Tayyib həzrətlərinin fəxri qonaq olaraq iştirak edəcəyi diqqətə çatdırılıb. A.Paşazadə bir sıra dövlət liderləri, rəsmilərinin iştirakı gözlənilən bu ali foruma Qazaxıstanın Vitse-prezidenti Yerlan Karini dəvət etməkdən şərəf duyduğunu ifadə edib. Dəvət məmnuniyyətlə qəbul edilib.
Şeyxülislam bu yaxınlarda Xəzər dənizində hərbi təlim zamanı həlak olan qazax hərbçilərlə bağlı Qazaxıstanın Baş Müftisinə başsağlıqlarını bildirib, bu gün isə Vitse-Prezidentin simasında hadisə ilə bağlı Qazaxıstan dövlətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, Uca Allahdan mərhumlara rəhmət diləyib. AZAL təyyarəsinin qəzası zamanı Qazaxıstanın göstərdiyi yardım, diqqət və qayğı, əsl qardaşlıq nümunəsi xüsusi qeyd olunub.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































