Tarix
Təbrizin möhtəşəm tarixi abidəsi: Qapalı bazar
İrandakı tarixi abidələr sırasında bazarlar xüsusi yer tutur. Qədim dövrlərdə tikilərək günümüzə kimi gəlib çatmış Təbriz bazarı da möhtəşəm tarixi adidələrdən biridir. İranın bir sıra şəhərlərində tarixi bazarlar olub. Bu bazarlar qədim ipək yolunun üstüdəki şəhərlərdə tikilib ki, ticarət inkişaf etsin və ölkəyə pul və qızıl gətirilsin. Belə tarixi bazarlardan Kaşan, Kirmanşah bazarlarını göstərmək olar. Təbirz şəhəri də qədim ipək yolunun üzərində yerləşdiyinə görə burada ticarət aparmaq üçün böyük bazara ehtiyac yaranmışdı.
Təbriz bazarı kompleksinin tarixi 10-cu əsrə gedib çıxır. Ticarət karvanları İranın Çabahar limanından malları alıb karvanla Qafqaza, Rusiyaya, Şərqi Avropaya satmağa aparırdılar. Mallar əsasən ipək parçadan, müxtəlif ədvalardan, fil sümüyündən və digər nadir əşyalardan ibarət olurdu. Aylarla dəvələrlə, atlar və ulaqlarla yük daşıyan tacirlərin və karvana mühafizə edən dəstənin istirahətə, yola götürmək üçün əlavə ata, ulağa və dəvəyə, eyni zamanda, qidaya ehtiyac olurdu. Bu baxımdan sarvanlar karvanı Təbriz bazarında əyləyir və lazım olan ehtiyacı ödəyirdilər. Buna görə də Təbrizin bazar kompleksi karvansaray, hamam, məscid, su anbarı, atların saxlanılması üçün böyük tövlədən və müxtəlif sənətkarlıq emalatxanalarından ibarət olurdu. Karvanlar Təbriz bazarında əyləyərək burada atların nalını dəyişir, hamamda yuyunur və yol üçün su və ərzaq ehtiyatı görürürdülər.
Monqollar 13-cü əsrdə İranı işğal edərək burada Elxanilər dövləti yaratmışdılar. Qazan xan Təbrizi dövlətin paytaxtı elan etdi. Həmin dövrlərdə yaşamış İran alimi və tarixçisi Həmdullah Mustovfi Qəzvini öz qeydlərində Təbriz şəhərini olduqca böyük bir şəhər kimi təsvir edib. Tarixçı alim qeyd edib ki, Təbriz bazarında dünyanın bütün nazı neymətlərini tapmaq olar. Təbriz bazarının Ağqoyunlu və Qaraqoyunlu dövlətləri dövründə də əhəmiyyəti yüksək olub. Bazar 12-ci əsrdə baş verən zəlzələ zamanı dağıntılara məruz qalıb. Lakin Qacarların hakimiyyəti dövründə memarlar bazarı bərpa ediblər.
Təbriz bazarı haqqında dövrün məşhur səyyahları Nəsir Xosrov, Yaqut Həməvi, İbn Bətutə və başqalarının qeydləri qalıb. Həmin qeydlərdə bildirilir ki, bazar o qədər böyük və möhtəşəm idi ki, hamı buraya toplaşırdı. Padişahın fərmanları məhz bazar meydanında oxunaraq xalqa çatdırılırdı. Ən kasıb adamlar da bazara gələrək burada işləyib pul qazanmağa can atırdılar. Çünki bazarda qazanılan pulu başqa heç yerdə qazanmaq olmurdu. Butün bunlar həmin dövrdə ticarətin yüksək səviyyədə inkişafını göstərir.
Təbriz bazarı İranın bölgə bazarlarının misilsiz bir nümunəsidir. Təbriz bazarı İran bazarları arasında sosial quruluşa malik olan məkandır. Bəzən insanlar buraya alış-verişə yox, sadəcə olaraq çay və qəhvə içməyə gəlirlər.
Hazırda kompleks özündə 3 minə yaxın hücrə, dükan və mağaza, 2 növbəli iş rejimi, 1 qərargah (dəftərxana), 2 məscid, 1 supermarket, 3 dəhliz, 2 hamam, 1 məktəb və 100 yaxın marketləri birləşdirir. Təbriz bazarının yerinə yetirdiyi funksiyaları texnologiya, distribütorluq və satış sahələrinə aid etmək olar. Təbriz Bazar Kompleksi dünyanın ən böyük universal bazarlarından biri kimi tanınır. Təbriz Bazar Kompleksi 2008-ci ildə İranın Milli Mədəni İrs Siyahısına və avqust ayında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bazar bu gün İranın Şərqi Azərbaycan ostandarlığının iqtisadi mərkəzi hesab olunur.
-
MDB14:39
Rusiya qoşunları bu kəndə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Rəsmi xronika14:38
Bakıda prezidentlərin üçtərəfli görüşü oldu - Yeniləndi
-
Nida Xəbər 13:53
Ermənistan COP29-a buna görə qatılmayıb - SƏBƏB
-
Rəsmi xronika12:43
İlham Əliyev bu ölkələrə çağırış etdi
-
MDB12:10
Çağırışçıların ölkədən çıxışına qadağa qoyuldu: Xəbərdarlıq edildi ki...
-
Hadisə10:45
Yüksək vəzifələrdə işləmiş şəxs vəfat etdi - FOTO
-
Sosial10:00
Heydər Əliyev Mərkəzinin binası belə işıqlandırıldı - VİDEO
-
Dünya08:24
Pakistandan ÜZÜCÜ XƏBƏR: 22 nəfər öldü, itkin düşənlər var