Tarix
Bu məktublar Atatürklə bağlı şok həqiqəti ortaya çıxardı: ögey bacısı... - FOTO
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ortaya çıxan yeni məktubları sayəsində ögey bacısının olduğu məlum olub.
Publika.az xəbər verir ki, tarixçilər Kənan Özkan və Sevilay Özerin üzə çıxardığı məktublarda Atatürkün həyatının kiçik hissəsi ilə bağlı məlumatlar yer alıb.
Bu vaxta qədər Atatürk haqqında yazılan tərcümeyi-hallarda adı heç vaxt çəkilməyən bacısı Saimə xanımın varlığını ortaya qoyan sənədlər Milli Müdafiə Nazirliyinin Dövlət Arxivləri İdarəsinə verilib.
Saimə xanım Mustafa Kamal Paşanın Diyarbəkirdə xidmət etdiyi dövrdə ögey qardaşına məktublar yazıb. Məktublarda onun ərinin Elektrik Mühəndisi Yusuf Nejad bəy olduğu bildirilir: “Hörmətli qardaşım, sizdən şəxsən lütfkarlıqla həyat yoldaşımı qorumanızı xahiş edirəm”.

Kamal Paşa Silvandan göndərdiyi 26 oktyabr 1916-cı il tarixli iki səhifəlik məktubla bacısına cavab verir. “Hemşire hanım” müraciətindən istifadə edən Atatürk, “həyat yoldaşınız zabit olduğu dəstə ilə birlikdə mənim qərargahıma daxil oldu”, deyə qeyd edib. O, məktubunda bacısının ərinə ayrıca diqqət göstərəcəyini və ya onu himayə altına alacağını bildirən cümlə işlətməyib.
Bacısının fotoşəkil istəyinə cavab verən Atatürk, o zaman Akaretlerdə yaşayan anasının evini işarə edərək bu sözləri yazəb: "Bir fotoşəkili təqdim etmək mənim üçün şərəf olardı. Ancaq indi yanımda yoxdur. Hazırda çəkdirmək hələlik mümkün deyil. Ancaq düşünürəm ki, Beşiktaş, Akaretlerdə 76 ünvanında yaşayan anamda bəzi fotoşəkillərim var. Övladlarınızla birlikdə gözlərinizdən öpürəm".

Tədqiqatçılar sözügedən məktubların məzmununa toxunarkən Saimə xanımın öz dövrü üçün çox savadlı bir ailəyə mənsub olduğuna diqqət çəkiblər. Sənədlərdə Saimə xanımın atası həkim Miralay Osman bəyin 1914-cü ilin mart ayında Kuleli xəstəxanasındakı vəzifəsindən təqaüdə çıxdığı göstərilib. Onun məktubunun göndərildiyi ünvanın Çengelköy Kulelidəki Setbaşı olduğu da vurğulanır.
Paşanın məktubundakı digər diqqət çəkən məqam isə övladlarının təhsilinə önəm verən və qızını həkim olmaq üçün Vyana Tibb Məktəbinə hazırlayan Saimə xanımı təqdir etdiyi hissələrdir. Bacısı ilə 1916-cı ildə yazışmalardan sonra görüşdüyünü sübut edən başqa heç bir sənəd yoxdur. Ailə üzvlərinə və yaxın ətrafına maddi yardım edən Mustafa Kamalın 1923-cü ildə bacısına 100 lirə verməsi Paşanın çətin şəraitdə belə yaxınlarına qayğı göstərməsinin bariz nümunəsidir.
Roza Şəfiyeva
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











