Rusiyanın “MƏXFİ ORDU”ları dünyanı belə ələ keçirir – ŞOK DETALLAR
Bizi izləyin

MDB

Rusiyanın “MƏXFİ ORDU”ları dünyanı belə ələ keçirir – ŞOK DETALLAR

Suryada “Vaqner” xüsusi hərbi şirkətinə güclü rəqib çıxıb.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın “Dojd” kanalı bildirib.

Telekanal aydınlaşdırıb ki, Müdafiə Nazirliyinə bağlı olduğu təxmin edilən yeni şəxsi hərbi şirkət “Patriot” ən azı 2018-ci ilin yazından Suriyada döyüş əməliyyatlarında iştirak edir.

“Ümumrusiya zabit yığıncağı” komitəsinin sədri Yevgeni Şabayevin sözlərinə görə, yeni hərbi şirkətə əsasən indiyə kimi Müdafiə Nazirliyində xidmət keçən peşəkar vətəndaşları götürürlər. “Patriot” həmçinin Rusiyanın kadr hərbi qulluqçularından formalaşdırılır.

Şabayev qeyd edib ki, “Patriot”a “Vaqner”lə müqayisədə daha çox ödəyirlər və qarşısına daha çətin döyüş tapşırıqları qoyurlar. Şabayevin məlumatına görə, maaş ixtisaslaşmasından asılı olaraq 400 mindən rubldan (təxminən 5270 dollar, 8900 manat –red.) bir milyon rubla (təxminən 13175 dollar, 22200 manat –red.) qədər çata bilər. Müqavilələr isə uzunmüddətli deyil, yalnız bir-iki aylıq nəzərdə tutulur.

Kanalın mənbələrinə görə, “Vaqner” və “Patriot” Mərkəzi Afrika Respublikasında qızıl axtaranların mühafizəsi ilə bağlı müqavilənin bağlanması üçün rəqabət aparırdılar. Mənbələrdən birinin sözlərinə görə, nəticədə “Vaqner” müqaviləni (respublikada “Vaqner” döyüşçülərinin olması haqqında artıq KİV daha əvvəl bildirirdi) bağlamağa nail olub. Həmçinin hər iki hərbi şirkət Suriyada vuruşur və işləyir.

Əgər “Vaqner” daha çox döyüş məsələlərini öz üzərinə götürürsə, “Patriot” əsasən birinci şəxslərin mühafizəsiylə məşğul olur”, - “Dojd”un həmsöhbəti əlavə edib.

“Patriot” və “Vaqner” xaricdə işləyən şirkətlərin hamısı deyil. Bazara çıxan başqa şirkətlər də var, onların dəqiq adlarını biz bilmirik. Amma bilirik ki, onlar Liviya, Yəmən, Sudan və Bruneydə işləyirlər. Hazırda Afrika ölkələri üzrə konsultasiyaların bütöv kompleksi gedir”, - Şabayev danışıb.

“Dojd”un Müdafiə Nazirliyindəki həmsöhbəti bildirib ki, adı hələ məlum olmayan xüsusi hərbi şirkətlərdən biri Burundidə Rusiya bazasının tikintisi qoruyur.

Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Anton Mardasovun sözlərinə görə, təəccüblü heç nə yoxdur ki, hərbçilər seçilmək və hansısa şirkətləri yaradaraq qazanmaq istəyirlər. Amma o qeyd edib ki, belə şirkətlərin artması hüquqi xaos yaradır. Onun sözlərinə görə, xüsusi hərbi şirkətlərin yaradılması Rusiya qanunvericiliyində əksini tapmadığı üçün onların necə rəsmiləşdiriləcəyi sual doğurur.

Müdafiə Nazirliyi isə mənbələrin fikirləri ilə əlaqədar “Dojd”un sorğusuna cavab verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm