MDB
Qafqaz həmləsi: Bakı hərbi müdaxilə edəcək - Ekspert
2019-cu ildə ABŞ Rusiya periferiyasını destabilizasiya edəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə Rusiyanın “Çarqrad” televiziyasının siyasi eksperti Kamran Həsənov çıxış edib. Onun sözlərinə görə, ABŞ üç istiqamətdə Rusiyaya zərbə endirəcək:
“Birinci istiqamət Ukrayna olacaq. Bu zərbə Kiyevə hərbi yardım və Qara dənizdə hərbi baza yaratmaqla həyata keçiriləcək. Sonrakı istiqamət Əfqanıstandan Mərkəzi Asiyadakı postsovet ölkələrinə döyüşçülərin atılması, son istiqamət Cənubi Qafqaz olacaq”.
Həsənov “Stratfor” şirkətinin 2018-ci ilin sonundakı proqnozlarına diqqət yetirərək, Paşinyanla Kremlin münasibətlərinin pozulma ehtimalı olduğunu və ABŞ-ın İrəvana öz silahlarını satmaq istədiyini söyləyib:
“Bununla bağlı işarəni Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistana səfəri zamanı verib. Üstəlik, Ermənistana AB vasitəsilə və ya birbaşa formada iqtisadi dəstəyin gücləndirilməsi istisna edilməməlidir. “Stratfor”un proqnozları nadir hallarda səhv olur. Belə ki, “Stratfor” bundan öncə Dağlıq Qarabağda aprel savaşının tarixinə qədər dəqiq proqnoz vermişdi”.
Ekspert “Stratfor”un son yazısında Qarabağla bağlı susduğunu və Vaşinqtonun İrəvanla oynamaq cəhdlərinin yeni hərbi gərginlik üçün şərait yaradacağını bildirib:
“Ağ Evin dəstəyi Paşinyan hökumətini Qarabağ məsələsində daha az uyumlu edəcək. İrəvan tərəfindən güzəştlərin olmaması Bakını Dağlıq Qarabağ və yeddi rayonun geri qaytarılması məqsədiylə hərbi fəaliyyətlərə başlamağa məcbur edəcək. Rusiya sülh zəmanətçisi kimi növbəti savaşda maraqlı deyil. Ona görə ki, Moskva Azərbaycanın strateji tərəfdaşı, Ermənistanın isə strateji müttəfiqidir. Müharibə təkcə bizim cənub sərhədlərimizdə (Rusiyanın – red.) xaos yaratmayacaq, həm də Moskvanın Bakı və İrəvanla münasibətlərini pozacaq”.
Həsənov Qarabağ məsələsində Rusiyanın tələsməli olduğunu və həll variantı kimi 2011-ci ildə Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında razılaşdırılmış Kazan formulundan istifadə edilməsi gərəkdiyini söyləyib:
“Bu razılaşmaya əsasən, Dağlıq Qarabağ ətrafından BMT Təhlükəsizlik Şurasının üç qətnaməsinə uyğun olaraq Ermənistanın orduları çıxardılmalıdır. Regiona 800 min azərbaycanlı məcburi köçkün qaytarılmalı və bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr başladılır. Qarabağ təkcə Ermənistan və Azərbaycanın yox, həm də Rusiyanın üzərində oturduğu barıt çəlləyidir. Geosiyasi rəqiblərimiz bu konflikti daimi olaraq istifadə edəcəklər ki, Moskvanı Cənubi Qafqazdan çıxarsınlar. Moskva Qarabağın həlli ilə bağlı təşəbbüsü əlinə almalı və problemin həllinə böyük nöqtə qoymalıdır”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı