Əraziləri qaytarmağa kömək edəcək TƏK VARİANT
Bizi izləyin

MDB

Əraziləri qaytarmağa kömək edəcək TƏK VARİANT

Ukrayna güclü informasiya müharibəsinə başlamalıdır.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda ICTV telekanalına müsahibəsində şoumen, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskiy bildirib.

Onun fikrincə, bu, tək qansız müharibədir, amma çox təsirlidir və işğal edilmiş əraziləri qaytarmağa kömək edə biləcək.

“Krım, Donetsk, Luqansk, ABŞ və İsrailin ərazisində real xəbərləri göstərəcək rusdilli güclü telekanalın yayımı lazımdır. Biz deyərdik: “Sizi aldatdılar! Sizi onda tutdular ki, rus dilini götürmək istəyirlər, bu – yalandır!" - Zelenskiy deyib.

Namizəd əmindir ki, işğal edilmiş ərazilərin sakinlərinə Ukrayna pensiyaları ödəmək lazımdır. Eyni zamanda, əlavə edib ki, qanunsuz zəbt edilmiş Krım yarımadasını necə qaytaracağını bilmir.

“Krım Rusiyada hakimiyyət dəyişikliyi olacağı halda, qayıdacaq. Bunu necə edəcəyimi bilmirəm”, - o deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm