Səhiyyə
Bu xidmətlər pulsuz oldu - RƏSMİ
Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli tibbi xidmətlərə daha əlçatan olması məqsədilə tətbiq edilir.
Bu sistem insanların maliyyə yükünü azaltmaqla yanaşı, müasir tibb xidmətlərindən bərabər şəkildə yararlanmaq üçün geniş imkanlar yaradır.
Sığorta çərçivəsində vətəndaşlar təcili, ilkin və ixtisaslaşmış tibbi yardım, laborator və diaqnostik xidmətlər daxil olmaqla geniş spektrdə tibbi xidmətlər əldə edə bilirlər. İcbari tibbi sığorta həmçinin xəstəliklərin erkən aşkarlanması və profilaktikası üçün şərait yaradaraq cəmiyyətin sağlamlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.
Bu sistem vasitəsilə tibbi xidmətlərin maliyyələşdirilməsi mərkəzləşdirilir və şəffaflıq təmin edilir. Beləliklə, icbari tibbi sığorta ölkədə səhiyyə sisteminin inkişafına mühüm töhfə verməkdədir.
İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı nə qədərdir? Gələcək daha hansı xidmətlərin bu zərfə daxil edilməsi planlaşdırılır?
Publika.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta ölkədə tətbiq olunduğu dövrdən bugünə kimi əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Xidmətlər Zərfinə 2 dəfə dəyişiklik edilib: "İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 2 dəfə artırılaraq 3315-ə qədər yüksəlib.
Ötən il təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub. Habelə vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası kimi əməliyyatlar da daxil edilib.
Hazırda Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlərin sayının artırılması məqsədilə ictimai müzakirələr keçirilir. İcbari tibbi sığorta ilə qarşılanan ürək-damar, neyrocərrahiyyə və oftalmoloji xidmətlərin növbəti ildə çeşidinin artırılması, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin də mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub.
İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin qarşılanması planlaşdırılıb. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir".
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş