Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA - Yaxın zamanda...
Bizi izləyin

MDB

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA - Yaxın zamanda...

Rusiyada dollar tarixə qovuşur.

Publika.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı 2018-ci ildə dollar ehtiyatını qızıl, yuan və avroya dəyişib.

Bu barədə bankın illik hesabatında yazılıb.

Rusiyanın beynəlxalq valyuta ehtiyat fondunda dolların payı ötən il 2017-ci ilə nisbətən 23,1 ballıq enişlə 22,7% olub. Avronun payı 10 ballıq artımla 31,7%-ə, yunanın payı 11,4 ballıq artımla 14,2%-ə qalxıb. Ölkə ehtiyatında qızılın payı 2018-ci il etibarilə 1 bal artımla 18,1%-ə çıxıb.

Rusiya Baş nazirinin birinci müavini və Maliyyə naziri Anton Siluanov bir müddət əvvəl verdiyi açıqlamada təbii qaz şirkətlərinin ödənişlərində dolların payının azaldılması ilə bağlı planlarını yaxın zamanda hökumətə təqdim edəcəklərini bildirmişdi.

İqtisadi inkişaf naziri Maksim Oreşkin də Maliyyə Nazirliyi və Mərkəzi Bankla birlikdə ölkə iqtisadiyyatının “dollarısızlaşdırılması” üçün müxtəlif addımlar atılacağını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm